Qazaxıstan “açıq səma” rejimini təkmilləşdirir
Bakı, 2 dekabr, AZƏRTAC
Qazaxıstanda hava daşımaları bazarının cəlbediciliyini artırmaq məqsədilə “açıq səma” rejimi təkmilləşdirilir.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin “açıq səma” rejimi barədə əmrinə dəyişiklik olunub. Dəyişikliyə əsasən, xarici aviakompaniyalar Qazaxıstanın böyük şəhərlərinə məhdudiyyətsiz uçuşlar həyata keçirmək hüququ əldə edib.
“Rəqabətin inkişafına yönələn bu addım gələcəkdə aviabiletlərin qiymətinin ucuzlaşmasına, xidmətin yaxşılaşmasına və uçuşların coğrafiyasının genişlənməsinə töhfə verəcək”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, “açıq səma” rejimi Qazaxıstanın Astana, Almatı, Aktau, Aktobe, Karaqandı, Kokşetau, Pavlodar, Petropavlovsk, Semey, Taraz, Türküstan, Ust-Kamenoqorsk və Çimkənd hava limanlarında fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]