Qazaxıstan Avropa Komissiyası və Avropa İttifaqı ilə Trans-Xəzər marşrutunun inkişafını müzakirə edib
Bakı, 11 iyun, AZƏRTAC
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Astanada Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Hernik Xololey və Avropa İttifaqının (Aİ) ölkədəki səfiri Kestutis Yankauskas ilə görüşüb.
AZƏRTAC Qazaxıstanın Nəqliyyat nazirliyinə istinadla xəbər verir ki, Astanada baş tutan görüşdə Orta Dəhliz boyu Aİ-Mərkəzi Asiya koordinasiya platformasının açılışı müzakirə olunub.
Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı müzakirə olunub və Trans-Qazaxıstan dəhlizlərinin potensialının öyrənilməsi, yeni infrastruktur layihələrə sərmayə yatırılması məsələlərinə toxunulub.