Qazaxıstan Azərbaycanla uçuşları bərpa edir
Nur-Sultan, 1 noyabr, AZƏRTAC
Qazaxıstanın “Air Astana” aviaşirkəti noyabrın 7-dən Almatı-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.
Uçuşlar cümə axşamı və bazar günləri “Embraer E190-E2” təyyarəsi ilə həyata keçiriləcək.
“Azərbaycana uçuşların daha da artırılması epidemioloji vəziyyətdən, İdarələrarası Komissiyanın və Azərbaycanın aidiyyəti dövlət orqanlarının qərarlarından asılı olacaq”, - deyə nazirliyin mətbuat xidməti əlavə edib.
Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]