Qazaxıstan parlamenti Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişi ratifikasiya edib
Bakı, 30 aprel, AZƏRTAC
Qazaxıstan parlamenti Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında ötən il avqustun 12-də Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının sammitində imzalanmış Sazişi ratifikasiya edib.
AZƏRTAC Qazaxıstan parlamentinin rəsmi saytına istinadla xəbər verir ki, bu ölkənin müdafiə nazirinin müavini Bakıt Kurmanbayev parlamentdəki çıxışında sənədlə müəyyən edilmiş yeni normaların yalnız hərbi gəmilərə aid olduğunu bildirib. Sazişdə Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın Xəzər dənizində üzən hərbi gəmilərinin təhlükəsizliyinin təmin edilməsi məsələləri əks olunub. Yeni qaydalar Xəzər dənizində hərbi gəmilərin arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də kömək edəcək. Onlar arasında bir-birinə xəbərdarlıq etmək üçün ingilis və ya rus dillərindən istifadə olunacaq.
Qazaxıstan parlamentinin yuxarı palatasının təsdiq etdiyi sənəd imzalanması üçün ölkə Prezidentinə təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]