Qazaxıstan Prezidenti: Xəzər dənizinin və transsərhəd çayların vəziyyəti ciddi diqqət tələb edir
Astana, 9 oktyabr, AZƏRTAC
Region ölkələri görünməmiş ekoloji çağırışlarla üzləşirlər.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə keçirilən ikinci “Mərkəzi Asiya-Rusiya” Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu çağırışların aradan qaldırılması üçün hökumət və aidiyyəti qurumların rəhbərləri səviyyəsində sistemli addımlar, əlaqələndirilmiş qərarlar və tədbirlər lazımdır.
“Bununla əlaqədar olaraq, Mərkəzi Asiya ölkələri və Rusiyanın ekoloji məsələlər üzrə Nazirlər Şurasının yaradılması təklif edilir. Fikrimcə, transsərhəd çayların və Xəzər dənizinin vəziyyəti ciddi diqqət tələb edir. Xəzərin Su Ehtiyatlarının Mühafizəsi üzrə Dövlətlərarası Proqramın icrası bu mürəkkəb problemin həllinə öz töhfəsini verəcək. Su təhlükəsizliyinin hazırkı vəziyyəti də narahatlıq doğurur. Buna görə də su ehtiyatlarının və kənd təsərrüfatı torpaqlarının vəziyyətinin obyektiv qiymətləndirilməsi, habelə fövqəladə halların proqnozlaşdırılması üçün peyklər qrupundan istifadə edərək, birgə kosmik monitorinq proqramı hazırlamaq və reallaşdırmaq təklif olunur”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]