Qazaxıstanın daha iki şəhəri meqapolisə çevriləcək
Nur-Sultan, 16 may, AZƏRTAC
Qazaxıstanın daha iki şəhəri meqapolisə çevriləcək.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev XII Astana İqtisadi Forumunun plenar iclasında deyib ki, hər il urbanizasiya səviyyəsi artır. Bu da böyük şəhərlərin bütün ölkənin iqtisadiyyatına təsirini artıracaq. O deyib ki, dünyada dörd milyarddan çox insan şəhərlərdə yaşayır və 2050-ci ilə qədər şəhər əhalisi iki dəfə artacaq. Qazaxıstanın ən böyük şəhərinin - Almatının iki milyondan çox əhalisinin olduğunu deyən Nursultan Nazarbayev keçən il Çimkəntin əhalisinin sayının da bir milyona çatdığını bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]