DÜNYA
QAZAXISTANIN PAVLODARDA ŞƏHƏRİNDƏ “DOSTLUQ EVİ” İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Pavlodar şəhərində “Dostluq evi” istifadəyə verilmişdir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu şəhərə səfəri çərçivəsində “dostluq Evin”nin açılışında iştirak etmişdir. Prezident mərkəzin açılış mərasimindəki çıxışında bildirmişdir ki, Qazaxıstanda 4 mindən artıq milli mədəniyyət mərkəzi fəaliyyət göstərir, ümumi profilli və bazar günü məktəblərində 100 dildə dərslər keçirilir. Yalnız Pavlodar vilayətində 100-dən artıq xalq və millətin nümayəndələri dostluq, qardaşlıq və əmin-amanlıq şəraitində yaşayırlar.
Sonra prezident dördmərtəbəli binada yaradılan şəraitlə tanış olmuş, sinif otaqlarına baxmış, milli mədəniyyət mərkəzlərinin rəhbərləri və milli məktəblərin müəllimləri ilə görüşmüşdür.
Onların arasında “Vətən”Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Cəfər Mahmudov və Azərbaycan məktəbinin müəllimi Elmira Zeynalova da olmuşdur.
Vilayət mərkəzində fəaliyyət göstərən 20 milli mədəniyyət mərkəzi və milli məktəblər bu binada fəaliyyət göstərəcəklər.Burada dil öyrənmə mərkəzi, muzey və kitabxana da olacaqdır.
Qeyd edək ki, oktyabrda Pavlodardakı Azərbaycan məktəbinin 12 yaşı tamam olur.