“Qəbələ” – “Apollon” oyununa ikinci UEFA nümayəndəsi təyin olunub
Bakı, 6 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilmiş “Apollon” - “Qəbələ” oyunu zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alan Avropa futbol təşkilatı bu gün Bakıda keçiriləcək cavab qarşılaşmasına daha bir UEFA nümayəndəsi təyin edib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, “Qəbələ” - “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq.