“Qəbələ” – “Panatinaikos” komandaları arasında ilk qarşılaşma Bakıda keçiriləcək
Bakı, 8 avqust, AZƏRTAC
UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” - “Panatinaikos” komandaları arasındakı ilk oyunun yeri dəyişdirilib.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, bu komandalar arasında ilk qarşılaşma Yunanıstanda deyil, Bakıda keçiriləcək.
Nyonda təşkil edilən püşkatmanın nəticələrinə əsasən, “Panatinaikos” avqustun 20-də, “Qəbələ” isə 27-də meydan sahibi olmalı idi. Bu mərhələdə iştirak edən Azərbaycanın “Qarabağ” və “Qəbələ” klublarının hər ikisi cavab görüşlərini avqustun 27-də Bakıda oynamalı olduqlarından UEFA görüşlərdən birinin yerini dəyişməyi vacib sayıb.