Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə keçirilən X yüksək səviyyəli toplantı işini panel iclaslarla yekunlaşdırıb

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 9-da Qəbələdə işə başlayan X yüksək səviyyəli toplantı işini panel iclaslarla davam etdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Terrorizm və müasir dövrün qlobal çağırışları” mövzusuna həsr edilmiş panel iclası Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri İsmayıl Seragəldinin moderatorluğu ilə keçib. İclasda Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski, Albaniyanın sabiq Prezidenti Rexep Meydani, Kəşmir Universitetinin İslam Tədqiqatları Şöbəsinin direktoru Əhməd Nəsim Şah çıxış ediblər.

Terrorizm anlayışına toxunan İsmayıl Seragəldin bildirib ki, hər ölkə bu məsələ ilə fərdi qaydada məşğul olmalıdır. İ.Seragəldin Latın Amerikasında transmilli cinayət, zorakı ekstremizm və digər məsələlərə də toxunub.

Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski dünyadakı qlobal çağırışlara diqqət yetirməyin zəruriliyini vurğulayıb. “Qloballaşma ilə bağlı fikir müxtəlifliyi mövcuddur. Texnoloji təkamülün qarşısını almaq qeyri-mümkündür. Bu gün bəzi dalğalar var ki, qloballaşmaya qarşı mübarizə aparılır. Lakin biz texnoloji inqilabı dayandıra bilmərik”, - deyə sabiq Prezident vurğulayıb.

Kəşmir Universitetinin İslam Tədqiqatları Şöbəsinin direktoru Əhməd Nəsim Şah müxtəlif cəmiyyətlər arasında tolerant mühitin qurulması üçün, ilk növbədə, dialoqa ehtiyac duyulduğunu bildirib. O, müsəlmanların elmdə, incəsənətdə, texnoloji elmlərdə tarixən qazandıqları nailiyyətlərdən söhbət açıb, demokratiya, konfliktlərin həlli üçün müsəlmanlara göstərilən radikallıqdan imtina edilməsinin vacibliyini diqqətə çatdırıb.

Albaniyanın sabiq Prezidenti Rexep Meydani çıxışında iqlim dəyişikliyi, içməli su çatışmazlığı, təbii ehtiyatların tükənməsi və demoqrafik partlayışın insanlara təsirindən danışıb. Eyni zamanda, enerji problemi, qadınların statusu kimi məsələlərə də toxunub.

Daha sonra terrorizmlə mübarizə və hüquqların təsisatına həsr olunan panel iclası keçirilib.

İclasın moderatoru, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdzija bildirib ki, indi texnologiyadan tarixin istənilən dövründən daha çox istifadə olunur. Eyni zamanda, bu gün insanlar bir-birini daha çox öldürür, nəinki əvvəllər. Terror nəticəsində iqtisadiyyat kütləvi şəkildə dağılır. Qaçqınların və miqrantların da yaranmasına məhz terrorizm səbəb olur. İnsan hüquqları, demokratiya da terrorizmin qurbanına çevrilir.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. Daha sonra isə əsas insan hüquqlarının qorunması və terrorizmlə mübarizə yollarından bəhs edib: “Terrorizm hər zaman bəşər tarixinin qaranlıq tərəfi olub. Sosial inkişafı, sülhü ləngidib. Dövlətlərin vəzifəsi vətəndaşlarını ciddi müdafiə etməkdir. Terrorizmlə mübarizədə heç bir məhdudiyyət olmamalıdır”. O, terrorizmin iki növü olduğunu bildirib: yeni və köhnə terrorizm: “Köhnə terrorizm lokal xarakter daşıyırdı. Yeni terrorizm isə texnologiyanın sürətli inkişafı ilə əlaqədar olaraq daha qlobal xarakter alıb. İnsanların təhlükəsizlik və azadlığı indi daha çox təhdidə məruz qalır. Bu baxımdan beynəlxalq hüquq səviyyəsində tədbirlər gücləndirilməlidir”.

Latviyanın sabiq Prezidenti Valdes Zatlers isə çıxışında bildirib ki, terrorizm dünyanın ayrı-ayrı yerlərində özünü müxtəlif cür büruzə verir. Xüsusilə də kiber terrorizm dünyanın hər bir nöqtəsində hökm sürür. İnsanların şəxsi məlumatları toplanır, şəxsi təhlükəsizlik təhdid altına düşür.

Uruqvayın sabiq Prezidenti Luis Alberta Lakale də çıxışında terrorizm haqqında danışıb. “Terrorist həmişə silahdan istifadə etmir. İnsanlarda qorxu yaratmaq da terrorizmdir. Mədəni yolla da terror baş verir. Din çətiri altında terror həyata keçirilir. Biz real addımlar atmalıyıq. Həmçinin dünyaya göstərməliyik ki, müsəlmanlar terrorist deyil. Filmlərin çoxunda müsəlmanları terrorçu kimi göstərirlər. İslamın real dəyərləri nümayiş etdirilməlidir”, - deyə o bildirib.

“Terrorizm və mütəşəkkil cinayətkarlıq” mövzusuna keçirilən panel iclasda Latviyanın sabiq Prezidenti, NGBM-in həmsədri Vayra Vike Frayberqa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Moldovanın sabiq Prezidenti Petru Luçinski, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxış ediblər.

Xanım Vayra-Vike Frayberqanın moderatorluğu ilə keçirilən iclasda qaranlıq şəbəkələr, terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın hazırkı vəziyyəti müzakirə edilib.

Latviyanın sabiq Prezidenti, NGBM-in həmsədri Vayra Vike Frayberqa terrorizmin meyvəsinin qorxu olduğunu bildirib. “Terrorizm tək qorxu yox, həm də utanc deməkdir”, - deyə o bildirib. Mütəşəkkil cinayətkarlığın səbəblərindən birini də sosiallaşma problemlərində görən xanım Frayberqa qeyd edib ki, sosiallaşmanın zəif getdiyi bəzi qapalı cəmiyyətlərdə cinayət aktları daha çox olur.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç terrorizmin qurbanı olan dövlətlərdən danışaraq bildirib ki, keçmişə baxsaq, bəzi dövlət başçılarının terror nəticəsində öldürüldüyünü görərik. Boris Tadiç narkotika alverinin bugünkü terrorun bir hissəsi olduğunu, bəzi dövlətlərin bu cinayətkarlıqla mübarizə aparmaq iqtidarında olmadığını diqqətə çatdırıb.

Moldovanın sabiq Prezidenti Petru Luçinski çıxışında deyib ki, SSRİ dağılandan sonra dünyanın siyasi xəritəsinin dəyişilməsinin də terrorizm və mütəşəkkil cinayətkarlığa təsiri oldu. Bəzi qüvvələr yaranmış vəziyyətdən istifadə etdi.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin terrorist qrupların meydana gəlmə səbəbinin sosial problemlərdən, bərabərsizlikdən, zəif iqtisadiyyatdan irəli gəldiyini bildirib. Həmçinin texnoloji inkişafın da terrorizmin inkişafına yol açdığını deyib. Terrorist qruplar, cinayətkarlar bir-biriləri ilə asanlıqla əlaqə saxlaya bilirlər. “Biz necə mübarizə aparmalıyıq? Hər bir dövlət bir-biri ilə daha çox əməkdaşlıq etməlidir. Bərabərsizliyə, ədalətsizliyə hədəflənən yol seçilməlidir”, - deyə o vurğulayıb.

Bununla da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən X yüksək səviyyəli toplantı işini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir