Qəbələli gənclər zamanın idarə olunması ilə bağlı təlimlərə cəlb ediliblər
Qəbələ, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində bu təhsil ocağının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə tərəfdaşlığı ilə gənclər üçün “Zamanın idarə olunması” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Mərkəzin karyera xidməti üzrə mütəxəssisi Qızqayıt Yusifli və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, təlimçi Nərmin Cabbarlı tərəfindən keçirilən təlimdə gənclərə zaman anlayışı, vaxtın düzgün idarə edilməsi və bu sahədə effektiv mexanizmlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.