CƏMİYYƏT
“Qəhrəmanlarımız üçün yaşıl işıq” layihəsinin iştirakçıları ilə görüş olub



Bakı, 1 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən müharibə iştirakçıları üçün “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsi başa çatıb. Layihənin yekununda iştirakçılarla görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə layihənin məqsədinin müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsi, bərpası, dayanıqlığının təmin edilməsi və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılmasından ibarət olduğu qeyd edilib.
Layihə üzrə 60 nəfər Vətən müharibəsi iştirakçısının psixoloji diaqnostikası aparılıb. Onlardan 20 nəfər layihə iştirakçısı üçün müvafiq fərdi müdaxilə planı tərtib olunaraq sosial-psixoloji dəstək xidmətləri göstərilib.
Xidmətlər Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.