Qərbi Azərbaycan İcması: Avropa İttifaqının məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir
Bakı, 1 dekabr, AZƏRTAC
Avropa İttifaqının nümayəndəsi ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.
AZƏRTAC xəbər verir ki, məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub: “Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.
Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]