Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: Yurd nisgilinə məruz qalanların təsəllisi qayıdışa inamdır

Gəncə, 12 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Doğmalıq təkcə insanlar arasında olmur, bu bağ torpaqla insanı da bir-birinə bir ömür bağlaya bilir. İlk kövrək addımların atıldığı, ömrün ən qiymətli anlarının, atalı-analı günlərin keçdiyi yurda, məskənə sevgi ürəklərə yazıldığı kimi, yaddaşlara da ömürlük həkk olunur. Hələ o yerlər dədə-babadan, neçə-neçə nəsillərdən mirasdırsa, onda bağlılıq daha möhkəm və sarsılmaz olur. Ötən əsrdə doğma torpaqlarından zorla didərgin salınan Qərbi azərbaycanlılar da illərdir ki, el-obalarına məhəbbəti, yurdlarına yenidən qovuşmaq ümidini qəlblərində yaşadırlar. Torpaq nisgili ilə üşüyən ruhunu ona qayıdışa inamla isidənlərdən biri də Göyçə mahalının Basarkeçər rayonunun qədim Sarıyaqub kəndində doğulub boya-başa çatmış Arifə Əhmədlidir.

AZƏRTAC-ın bölgə müxbirinə uşaqlıq və ilk gənclik illərindən danışan Gəncə Dövlət Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli Sarıyaqublu günlərinin ömür kitabına ən gözəl, dərin izlərlə yazıldığını deyir. Oraya aid hər bir hadisə Qərbi azərbaycanlının yaddaşına ən incə naxışlarla işlənib.

“Kəndimiz qədim oğuz elidir, bunu yaşayış məskənində “Oğuz” qəbiristanlığının olması da sübut edib. Sarıyaqub kəndini Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai 1515-ci il tarixli fərmanı ilə dövlət xadimi, qopuzdan saza keçidin banisi Miskin Abdala pay olaraq verib. Mən belə bir yurdda, öz dədə-babamın ocağında, 9 uşaqlı ailədə dünyaya göz açmışam, orada həddi-büluğa çatmışam”, - deyə həmsöhbətimiz sözünə başlayır.

Arifə xanım uşaqlıq xatirələrinə geri dönərək o günlərin acılı-şirinli anlarını vərəqləyir. “Atam hesabdar idi, onu uşaq yaşlarımda itirsəm də, atın belində şəstlə oturuşu, bizə göstərdiyi nəvaziş və qayğısı yadımda qalıb. Anam övladlarını xalça toxuyaraq, təsərrüfatla məşğul olaraq, kolxozda, məktəbdə çalışaraq böyüdüb. Təhsil almağımız üçün əlindən gələni edib”, - deyən müsahibimiz 1500-dən çox azərbaycanlının yaşadığı kənddə insanların əsasən əkin-biçin, heyvandarlıqla dolanıb, adət-ənənələrə çox bağlı olduqlarını da bildirir. “Novruz bayramını böyük tonqal, bol nemətli süfrələr, şənliklərlə qeyd edərdik. Bütün türk xalqlarının keçirdiyi Xıdırəlləz bayramında anam buğda qovurub, qovut hazırlayar, 7 qapıya paylayardı. Hər kəs bir-birinin şad və kədərli günlərinə şərik çıxardı. Böyüyə-kiçiyə hörməti, yurda-torpağa sevgini, ədəbiyyata, öyrənməyə marağı, insanlığı da böyüklərimizdən öyrəndik”,- deyən Arifə Əhmədli Sarıyaqub kəndinin ərazisində Şadman bulağı, Buğabölünən, “Ağ daşlar”, Qaşın dalı, Sarıtəpə, Quzey yamacı, Güney dərəsi, Qızıl qaya, İlan qayası, “Daraman” yoxuşu, Şivri, Xəlvir təpəsi kimi adları türk toponimlərindən ibarət bir çox qədim, mənzərəli yerlərdən də böyük həvəslə bəhs edir. “Məktəbimizdə 24 uşaq idik. Dərslərimizi yaxşı oxumağımızdan ürəklənərək Talıb müəllimdən xahiş edərdik ki, bizi həmin məkanlara aparsın. Sarıyaqubdan keçən, mənbəyi Yelli dərə, Keyti dağı, Əyriqar, Sarıyer yaylaqlarından başlayan və Göyçə gölünə tökülən Məzrə çayının kənarı ilə gəzməyi çox sevərdik. Futbol, voleybol oynayar, qışda usta Məhəmmədin düzəltdiyi xizəklərlə təpədən sürüşüb doyunca əylənərdik”, - deyib keçmişinə dönən həmsöhbətimiz həmin yerlərin, ötən günlərin onun üçün çox dəyərli olduğunu dilə gətirir.

Müsahibimizin uşaqlıq illərinə dair xatirələrində xoş hadisələrlə yanaşı, erməni vəhşiliyinin, məkrinin izləri də var: “Göyçənin dağ kəndlərində dəfələrlə kütləvi insan sümüklərinə rast gəlmişdik. Sonradan ermənilər bizi də öz yurdumuzdan qarlı-boranlı noyabrda didərgin saldılar. Daha öncəki deportasiyalar zamanı sərt qışda torpaqlarından qovulan azərbaycanlılar soyuğa tab gətirməyərək həyatlarını itirmişdilər. Ermənilər bilərəkdən məktəbimizə rus və ingilis dili müəllimi göndərmirdilər, bir il erməni dili fənni tədris edildi, onda da dərsdən qaçırdıq”.

Arifə Əhmədli onu da xatırlayır ki, bilik yarışlarında, olimpiadalarda özü kimi neçə-neçə azərbaycanlı şagirdin qalib gəlməsinə baxmayaraq, müxtəlif bəhanələrlə erməni şagirdləri önə çəkilib. Sarıyaqub kəndində ermənilər yaşamasa da, onlarla əsasən Basarkeçər rayonuna gedəndə qarşılaşmalı olub. Burada da ermənilərin azərbaycanlılara nifrətini sezmək elə də çətin deyilmiş. “Rayona ehtiyac duyduğumuz malları almağa gedəndə türk olduğumuzu soruşub öyrənəndə kinli baxışları ilə rastlaşardıq, hətta mal satmaq istəmirdilər. Təhsilli gənclərimizi təyinatı üzrə deyil, ağır işlərə təyin edib, vəzifədəki azərbaycanlıları işdən çıxarırdılar. Bizim oğlanları dava-dalaşa cəlb etməyə çalışırdılar. Özlərinə lazım gələndə mehribanlıq göstərir, qalan hallarda hər vəchlə bizə qarşı düşmənçilik edirdilər”, - deyən müsahibimiz ermənilərin azərbaycanlılara münasibətinin 1987-ci ilin noyabr ayında Qafandan qərbi azərbaycanlıların çıxarılması ilə daha da pisləşdiyini bildirir. Ermənilər dinc insanları açıq-aydın hədələməkdən, öz torpaqlarını tərk etməyə məcbur buraxmaqdan heç də çəkinmirdilər.

“Kənddən rayon mərkəzinə avtobuslarla gedib-gələrdik. 1988-ci ildə bu, artıq mümkünsüz olmuşdu. Ermənilər avtobusları daşa basırdılar, bizə öz yurdumuzu tərk etməli olduğumuzu deyirdilər. Neçə nəfərə xəsarət yetirilmişdi. Rus komandir var idi, gəlib bizi artıq qoruya bilməyəcəklərini, 3 gün ərzində kənddən çıxmağımızın gərək olduğunu demişdi”, – deyə müsahibimiz xatırladır. Onun sözlərinə görə, kəndin kişiləri səngər qazıb, gecə-gündüz evlərə keşik çəkməyə məcbur olublar. Digər kəndlərdə azərbaycanlılara divan tutulması, insanların deportasiya edilməsi xəbəri belə sarıyaqubluların gözünü qorxutmayıb, heç kəs doğma yurdu tərk etmək fikrində olmayıb. “Nə qədər müqavimət göstərsək də, sonda elliklə deportasiyaya məruz qaldıq. Əhalinin və kolxozun bütün varidatı ermənilər tərəfindən talandı. Qarlı havada min bir zülmlə Kəlbəcərə, oradan Şəmkirə, Gəncəyə sığınmalı olduq. Bir sözlə, babamın, atamın qəbirləri, uşaqlığımın keçdiyi məhəlləmiz, ocağına isindiyim evimiz, doğma məktəbim orada bizsiz qaldı”, - deyən həmsöhbətimizin yaşla dolan gözləri yol çəkir...

Arifə Əhmədli qaçqın həyatının çox çətin keçdiyini, yaşanan müsibətlər ucbatından yaranan travmadan hələ də qurtula bilmədiklərini deyir. İllərdir ki, erməni zülmü ilə yurd nisgilinə məruz qalan hər bir Qərbi azərbaycanlının təsəllisi ancaq və ancaq qayıdışa inamdır. “Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə Goranboyun Aşağı Ağcakənd qəsəbəsində qaçqınlar və məcburi köçkünlərlə görüşündə bizə səslənib, “Siz mütləq gedib öz gözəl Göyçə torpağınızı, ata-babalarınızın qəbirlərini görəcəksiniz. Mən buna heç şübhə etmirəm” deməsi qəlbimizdə ilk ümid işığını yandırdı. Bu gün bu fikri Müzəffər Ali Baş Komandan İlham Əliyevdən də eşitməyimiz qayıdışa ümidimizi əminliyə çevirib”, - deyən Arifə Əhmədli Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən, tarixi faktlara əsaslanan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın böyük əhəmiyyətə malik olduğunu dilə gətirir: “Qərbi Azərbaycan İcmasının Gəncə bölməsi də fəaliyyət göstərir. Deportasiyaya məruz qalan, erməni haqsızlığı ilə üzləşən, yurd nisgili çəkən bir Qərbi azərbaycanlı kimi bu bölmənin fəaliyyətinin uğuru üçün mən də əlimdən gələni əsirgəmirəm. Öz yurdumuza sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımızı hədəfləyən dövlətimizə dəstək olmaq hər birimizin borcudur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb