Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərəzli açıqlamalar, neytrallığın qorunmaması Fransanın Minsk qrupunun həmsədrlik kreslosunu tərk etməsini sürətləndirir

Qərəzli açıqlamalar, neytrallığın qorunmaması Fransanın Minsk qrupunun həmsədrlik kreslosunu tərk etməsini sürətləndirir

Bakı, 30 aprel, AZƏRTAC

İstər Qarabağ münaqişəsinin dünyadan 30 ilə yaxın dövrdə ədalət gözlədiyi, istər 44 günlük İkinci Qarabağ münaqişəsi, istərsə də postmüharibə dövründə diqqət çəkən, ən əsası dəyişməz olan məqam dünyanın böyük dövlətlərinin ikili siyasəti, Ermənistana daha böyük iddialarla yaşamasına rəvac vermələri, beynəlxalq hüquq və ədalət deyilən məfhumların bu güclərin əlində bir oyuncağa, alətə çevrilməsidir. Rəsmi Bakı daim dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edib ki, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməli, bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Amma dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bu çağırışlara sözdə və əməldə fərqli yanaşmaları göz önündədir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun etimadı doğrultmadığı reallıqdır.

Artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Amma bugünümüz üçün diqqətçəkən məqam yenə də dünya dövlətlərinin ikili siyasətdən yaxa qurtara bilməyərək, Ermənistana dəstək missiyasını davam etdirməsidir. Hər an erməni sevgisini ortaya qoyan Fransanın son addımları təəssüf doğurmaya bilməz. Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsi təqdim edib. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlər mandatına uyğun olaraq neytrallığı qorumalı, tərəfsiz, obyektiv olmalıdır. Bu, məsələnin üzdə olan bir tərəfidir. Digər tərəfi belə qərəzli, əsassız bəyanatlar, açıqlamalar dövlətlərarası münasibətlərə mənfi təsir göstərməyə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, postmüharibə dövrünün reallıqlarının yaşandığı, bu reallıqlara uyğun olaraq həlli vacib məsələlərin çözülməsi istiqamətində addımların atıldığı bir zamanda ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın belə mövqe nümayiş etdirməsi təbii ki, təəssüf hissi doğurur. Baş redaktor deyib: “Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri ilə bağlı Minsk qrupu həmsədrlərindən də təkliflər gözlədiyini bildirdiyi halda, qarşı tərəfin belə bir qərəzli qətnamə layihəsi, açıqlamalarla çıxış etməsi münasibətlərə təsirsiz ola bilməz. Bundan əvvəl də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxardı. Təbii ki, belə qətnamələr Azərbaycan üçün adi kağız parçasıdır. Çünki Azərbaycan qərəzdən, ikili siyasətdən yaranan belə sənədlərə qarşı reallıqları qoyur və dünya ictimaiyyətindən də tələb edir ki, həqiqətlərə real nəzərlərlə baxsın. Necə ki, ABŞ Prezidenti Co Bayden aprelin 24-də qondarma “erməni soyqırımı” ifadəsini dilə gətirəndə dövlətimizin başçısı İlham Əliyev bunun tarixi səhv olduğunu bildirdi, eyni zamanda, aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinkenin telefon zəngi zamanı bu günlərdə ABŞ Prezidentinin dırnaqarası “erməni soyqırımı” ilə bağlı bəyanatına diqqəti yönəldərək bildirmişdir ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır. Prezident İlham Əliyev bu açıqlaması ilə qondarma “erməni soyqırımı” iddiasının əsassız olduğunu bildirməklə yanaşı, bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan-Türkiyə birliyi qarşıya çıxan hər bir maneəni dəf etmək, eyni zamanda, əsassız iddiaları tutarlı cavablandırmaq və qalibiyyətə imza atmaq gücündədir”.

Hazırda işğaldan azad edilmiş torpaqlarımızda “Böyük Qayıdış”a hazırlıq işlərinin görüldüyünü qeyd edən baş redaktor bildirib: “Zamanın bu gün ölkəmiz üçün rəqibə çevrilməsini şərtləndirən əsas amil bu ərazilərin minalardan təmizlənməsinin uzanmasıdır. Çünki Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini verməməsi təmizləmə işlərində vaxt itkisinə səbəb olur. Bu baxımdan olmaz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ilə yaxın dövrdə fəaliyyətsizliklərini postmüharibə dövründə canlandırmaqla minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı təşəbbüslə çıxış etsinlər? 10 noyabr üçtərəfli razılaşmasından sonra bu ərazilərdə baş verən mina partlayışı nəticəsində həlak olanların, yaralananların statistikasına diqqət yetirdikdə görəsən dünyanın ikili siyasətini özlərinə bir fəaliyyət istiqaməti seçən dövlətlər narahatlıq hissi keçirirlərmi? Reallıqları bir kənara qoyub yalanlarla diqqəti çəkməyə, Ermənistana dəstək olmağa ehtiyac varmı? Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə verdiyi tarix, hüquq və milli qürur dərsini nə tez unutdular? Bu da faktdır ki, Vətən müharibəsinin gedişi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə raket və artilleriya hücumları nəticəsində 100-ə yaxın dinc sakin həlak olub, 400-dən insan artıq yaralanıb. Bu faktlar niyə Ermənistanı müdafiə etmək yolunu tutan fransalı deputatların qətnamə layihəsində yer almır? Üçtərəfli Bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri beynəlxalq humanitar hüquqa uyğun olaraq “hərbi əsir” hesab edilmir. Beynəlxalq hüquq normalarını pozub bunun əksinə qətnamə layihəsinin hazırlanmasına vaxt sərf etməyə ehtiyac varmı?”.

“Fransanın mövqeyinə inamsızlıq yaradan bu cür təşəbbüsləri, qərəzli bəyanatları artıq davamlı xarakter alıb” söyləyən baş redaktor bildirib ki, Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın neytrallığına çox ciddi inamsızlıq yaranıb. Fransa parlamentinin bəzi üzvlərinin bu cür addımları, dövlət rəsmilərinin açıqlamaları bu inamsızlığın aradan qaldırılmasına deyil, əksinə, daha da dərinləşməsinə yönəlib ki, bu da iki dövlət arasında münasibətlərə öz mənfi təsirini göstərəcək.

Diqqəti bu günlərdə Fransa Senatının geniş tərkibli nümayəndə heyətinin Ermənistana üçgünlük səfərinə də yönəldən V.Rəhimzadə qeyd edib ki, bu səfərin Ermənistanda uydurma “soyqırımı” tədbirləri ilə üst-üstə düşməsi artıq yaranan suallara aydınlıq gətirir. O deyib: “ Senat sədri açıqlamasında açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini, etnik təmizləmə və soyqırımı cinayətlərini, 44 günlük Vətən müharibəsində həyata keçirdiyi müharibə cinayətlərini dəstəklədiyini, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini bildirməklə bir daha işğalçı dövlətin bugünədək əsassız iddialarla çıxış etməsinə yol göstərənlərə aydınlıq gətirir. Fransalı siyasətçilər, Senatın bəzi üzvləri də Fransanın Minsk qrupunun həmsədri kimi neytrallıq prinsiplərini pozduğunu, ardıcıl olaraq Ermənistanı dəstəklədiyini etiraf edirlər. Bu etiraflar, eyni zamanda, ikili siyasətə uyğun addımlar fonunda Fransa Minsk qrupunun həmsədrlik kreslosunu tərk etməyə hazır olduğunu nümayiş etdirir”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin qondarma “erməni soyqırımı”, həmçinin tarixə qovuşan Dağlıq Qarabağ məsələsinə münasibətləri, Ermənistana açıq-aşkar dəstək göstərmələri onlara qərəzli addımlara deyil, öz tarixlərinə bir nəzər yetirməyə vaxt sərf etmək çağırışını edir. “ABŞ və Fransanı Ermənistanla yaxınlaşdıran məqamlardan biri soyqırımlar törətməkdə oxşarlıqlarıdır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə, ABŞ Vyetnamda, Koreyada, Kamboca və Laosda, Əfqanıstanda, İraqda, Xirosima və Naqasakidə milyonlarla insanı qətlə yetirib. Özlərini “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa və ABŞ öz tarixləri ilə üzləşməkdən bir də ona görə qorxurlar ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədiblər. Tarixi səhvlərdən dərs almaq zamanıdır”, - deyə o vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan neftinin qiyməti 97 dollar olub

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH

Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Premyer Liqada II turun hakim təyinatları açıqlanıb

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək? – ŞƏRH

Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb

Sazın və sözün birliyi: Ərzurumda Türk dünyasının aşıq sənəti təbliğ olunub

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Səidə Sübhi: Natəvanın poeziyası fərdi yaşantıların zamansızlığını göstərir

® PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

Xalid Xəlilov: Axıska türklərinin tarixinin Azərbaycan xalqına çatdırılması böyük əhəmiyyət daşıyır

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarına yekun vurulub

Agentlik: Valideynlərin hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL

Nəqliyyat və infrastruktur üzrə 62 yeni dövlət standartı layihəsi qəbul edilib

Beste Gürsu: Sərgi Axıska türklərinin tarixini təqdim edir

“Bitcoin”in qiyməti üç ayın maksimumuna yüksəlib

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır- ŞƏRH

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir - ŞƏRH

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib