CƏMİYYƏT
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 28-də Füzuli rayonunda A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Horadiz şəhərində yaşadığı evdə aşkarlanması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs - Horadiz şəhər sakini olan yeniyetmə saxlanılıb.