Qeyri-neft-qaz məhsullarının ixracı artıb
Bakı, 30 oktyabr, AZƏRTAC
2021-ci ilin yanvar-avqust aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə faktiki qiymətlərlə 37,4 faiz, real ifadədə 24,3 faiz artaraq 1 milyard 584,5 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33 faiz), Türkiyəyə (25,7 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (3 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,6 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,4 faiz), Belçikaya (1,3 faiz), Braziliyaya (1,1 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]