İQTİSADİYYAT
Qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı şirkətlər açıqlanıb
Bakı, 31 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında dövlətə məxsus aparıcı şirkətlərin adlarını açıqlayıb.
AZƏRTAC İİTKM-nin “İxrac İcmalı”nın may sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına “SOCAR Polymer” MMC və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda növbəti yerlərdə “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Caspian Geo” MMC, “Azəripək” MMC və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti qərarlaşıb.