Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib
Bakı, 16 avqust, AZƏRTAC
Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Prezidentin imzaladığı fərmana əsasən, hava gəmisinin komandiri Dəmir Yusupov və ikinci pilot Georgi Murzin Rusiya Qəhrəmanı fəxri adı, digər heyət üzvləri isə İgidlik ordeni ilə təltif olunublar.
Xatırladaq ki, göyərtəsində 226 sərnişin və 7 heyət üzvü olan A321 Moskva-Simferopol reysini yerinə yetirirdi. Təyyarə havaya qalxdıqdan dərhal sonra qağayı sürüsü ilə toqquşub. Quşların mühərriklərə düşməsi onların işində nasazlıq yaradıb. Pilotlar Ramensk rayonunun Rıbınsk kəndi yaxınlığındakı qarğıdalı tarlasına təcili eniş etmək qərarına gəliblər. Təyyarə yığılmış şassilər və sönmüş mühərriklərlə uğurlu eniş edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]