CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyi ilə Dünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycan Respublikası üzrə nümayəndəsi Hande Harmancı ilə görüşüb.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin sədri əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb.
H.Harmancı isə birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri artıracağını vurğulayıb.
Görüşdə AQTA ilə DST arasında əməkdaşlığın perspektivləri, birgə həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.