Qırğızıstanda Manas və Çingiz Aytmatov Akademiyası yaradılıb
Bişkek, 3 fevral, AZƏRTAC
Qırğızıstanda Manas və Çingiz Aytmatov Akademiyası yaradılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Fərman imzalayıb.
Sənəddə deyilir ki, akademiya “Manas” eposunun, ümumilikdə qırğız epik mədəniyyətinin, həmçinin dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun bədii, humanist və fəlsəfi-etik irsinin dərindən öyrənilməsi, qorunması və populyarlaşdırılması məqsədilə yaradılır.
“Manas” eposu UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, həmçinin dünyada ən böyük epos kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
UNESCO-nun göstəricilərinə görə, Çingiz Aytmatov müasir dövrdə ən çox oxunan yazıçılardandır. Onun əsərləri 176-dan çox dilə tərcümə olunub və 100 milyon tirajla dünyanın 128 dövlətində çap edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]