Qızdırma təkrar pik həddə çatdıqda mütləq ailə həkimləri ilə əlaqə saxlanılmalıdır
Bakı, 1 dekabr, AZƏRTAC
Peyvəndlənmə övladlarımızın həyat sığortasıdır. Əgər azyaşlılar qızılcaya yoluxsalar belə, peyvənd olunublarsa, onu rahat keçirməklə sağala bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Turan İbrahimova bildirib ki, qızılca peyvəndinə əks-göstəriş halları da var. Qızılcaya qarşı vurulan peyvənd canlı peyvənddir. Bu peyvənd hamilələr və immun spesifik halları olan şəxslər üçün əks-göstərişdir. Həmçinin peyvəndin hər hansı komponentinə qarşı həssaslıq varsa, bu da əks-göstəriş hesab olunur.
Qızılcanın yoluxduruculuğu yüksəkdir. Bu virus aerozollar vasitəsilə ətraf mühitə yayılır. 2 saat müddətində havada qalaraq digərlərini yoluxdura bilər. Uşaqlıq dövründə xəstəliyi keçirməyənlər yetkin yaşlarda da onu keçirə bilər”, - deyə T. İbrahimova vurğulayıb.
Onun sözlərinə görə, ağırlaşması olmayan xəstələr evdə müalicə olunmaqla xəstəlikdən sağala bilirlər.
Ağırlaşma riski olduqda, yəni qızdırma təkrar pik həddə çatdıqda mütləq ailə həkimləri ilə əlaqə saxlanılmalıdır. Belə halda xəstə tibb müəssisəsində stasionar qaydada müalicə olunmalıdır.
Biz ağırlaşmaları həm uşaqlarda, həm də böyüklərdə görə bilərik. İmmun sistemi zəif olan şəxslər və hamilə qadınlar riski qrupundadılar. Ağırlaşma hallarını pnevmoniya və orta qulağın iltihabı hallarında görürük, deyə həkim bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [10:57]
AQEM-in iştirakçıları "ASAN xidmət"də
- 06.10.2026 [10:52]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
- 06.10.2026 [10:14]
Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
- 06.10.2026 [10:04]
Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib
- 06.10.2026 [09:23]
BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir
- 06.10.2026 [08:22]
Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
- 05.10.2026 [23:25]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]