Qızlar arasında keçirilən rəqs müsabiqəsinə qeydiyyat başlayıb
Bakı, 2 mart, AZƏRTAC
Martın 8-də “Dəniz Mall” Ticarət Mərkəzində “Cavan” Gənclər Hərəkatının təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Ritmə qarşı” adlı qızlar arasında rəqs müsabiqəsi təşkil olunacaq.
Hərəkatdan AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində məqsəd yeni nəsil arasında incəsənətin bu növünə olan marağı artırmaq, cəmiyyətdəki stereotipləri aradan qaldırmaq, yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsinə dəstək olmaqdır.
Müsabiqə 16-29 yaş aralığında olan gənc qızları əhatə edəcək.
“All styles” formatındakı yarışmaya istənilən rəqs növü ilə məşğul olan iştirakçılar qoşula bilərlər.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, “Dəniz Mall”, “Sabina” parfümeriya, “GoSport”, “Nike”, “Courir” və “Sketchers”in tərəfdaşlığı ilə reallaşdırılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər https://forms.gle/yXrpD1h3LJ69CEMe6 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qaliblər müxtəlif dəyərli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.
Tamaşaçılar üçün giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:02]
Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb
- 10.10.2026 [13:16]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 10.10.2026 [12:55]
Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO
- 10.10.2026 [12:31]
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb
- 10.10.2026 [12:16]
Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir
- 10.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]