ELM VƏ TƏHSİL
“Qonaq elmi işçilərin mübadiləsi proqramı” uğurla həyata keçirilir
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, cari ilin üçüncü rübündə Litvanın Nikolas Romeris Universiteti Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi elmi-tədqiqat məqsədilə KİHİ-də araşdırma aparıb.
Aparılan elmi araşdırmanın əsas məqsədi erməni işğalı nəticəsində hüquqları pozulmuş qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız barəsində məlumat toplamaq və nəticəni beynəlxalq ictimaiyyətə çatdırmaq idi.
Litvalı tədqiqatçı aidiyyəti qurumlarla görüşlər keçirib, KİHİ-nin əməkdaşları ilə birlikdə Binəqədi rayonunda qaçqın və məcburi köçkünlər üçün salınan şəhərciyi ziyarət edib, orada yaşayan ailələrə dövlət tərəfindən göstərilən yardım və dəstəklə tanış olub.
Avqustun 29-da “Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində regionla bağlı tədqiqatlar aparan litvalı tədqiqatçının elmi araşdırmalarının təhlili və gördüyü işlərin nəticəsi ilə bağlı yekun təqdimat keçirilib.
Litvalı mütəxəssis proqramı başa çatdıraraq müvafiq sertifikatlarla təltif edilib.
AİDA və AMEA-nın Konfliktologiya və İnsan Hüquqları İnstitutunun birgə həyata keçirdikləri bu tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.