Qubada ağır yol qəzası: iki nəfər ölüb, dörd nəfər yaralanıb VİDEO
Quba, 2 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə avqustun 1-i gecə saatlarında Quba-Qonaqkənd yolunda qeydə alınıb. “VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Qəzada “VAZ-2106”da olan Quba şəhər sakinləri - 1998-ci il təvəllüdlü Rauf Nəcəf oğlu Nəcəfov (sürücü) hadisə yerində və 2000-ci il təvəllüdlü Taleh Hafiz oğlu Abıyev xəstəxanaya aparılarkən ölüb.
“VAZ-2106”da olan digər iki sərnişin - İkinci Nügədi kənd sakini 1992-ci il təvəllüdlü Rahim Elman oğlu Qəhrəmanov, Amsar kənd sakini 2005-ci il təvəllüdlü Bəhruz İlham oğlu Şərafəddinov və "Qazel"də olan sərnişinlər - Quba şəhər sakinləri 1972-ci il təvəllüdlü Elmar Abdulhəmid oğlu Babayev və 1968-ci il təvəllüdlü Azər İbrahim oğlu Məmmədov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.