Qubada selin uçurduğu iki körpü bərpa olunur
Quba, 16 may, Elxan Yusifli, AZƏRTAC
Qubada güclü sel nəticəsində uçulan Cağacıq və Şabrançay üzərindəki körpülər bərpa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonunun Xanəgah kəndini iki hissəyə ayıran Çağacıq çayı üzərindəki yeni avtomobil körpüsünün inşası bir həftə ərzində başa çatdırılacaq. Tikilən körpünün eni 6, uzunluğu isə 10 metr olacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 6 saylı Yol İstismar idarəsinin rəisi İskəndər Hacıyev bildirib ki, Xanəgah kəndi ilə yanaşı, rayonun Çayqışlaq kəndində Şabrançay üzərindəki avtomobil körpüsünün tikintisi də artıq başlayıb. Burada selin uçurduğu 12 metr uzunluğundakı körpünün yerində may ayının sonuna kimi yenisi inşa olunacaq. İkiaşırımlı yeni körpü əvvəlkindən iki dəfə böyük (24 metr) və daha möhkəm olacaq.
Yeni körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə piyada səkiləri qurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
- 10.10.2026 [13:27]
Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər
- 10.10.2026 [09:55]
Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]