Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il ötür

Bakı, 25 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

“Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq...” Prezident İlham Əliyevin Qubadlı şəhərinin işğaldan azad olunduğu gün - 2020-ci il oktyabrın 25-də Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə dediyi bu sözlər çox qısa müddətdə, cəmi 44 gündə öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə işğal altındakı rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

AZƏRTAC-ın müxbiri Qubadlı rayon ziyalısı, “Tərəqqi” medallı Əməkdar müəllim Ədalət Əsədovla görüşüb, onun doğma yurdu ilə bağlı xatirələrini, arzularını qələmə alıb.

Dil-ədəbiyyat müəllimi olan Ədalət Əsədov bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərində ölkəmizdə yaşanan xaotik vəziyyətdən istifadə edərək bir neçə il ərzində torpaqlarımızın 20 faizini işğal etmişdi. Amma Vətən müharibəsindən heç bir ay keçmədi ki, Rəşadətli Azərbaycan Ordusu Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarını işğalçılardan azad etdi. Düşmən, eləcə də ona havadarlıq edənlər bir daha anladılar: Azərbaycan 1990-cı illərdə ki, Azərbaycan deyil. Anladılar ki, qarşılarında bir vaxtlar dağınıq halda olan, texniki təchizatı çatışmayan Azərbaycan Ordusu deyil, müasir silahlarla təchiz olunan, peşəkar, qüdrətli Azərbaycan Ordusudur.

2020-ci il oktyabrın 25-də Azərbaycan əsgərinin Prezidentimizə, xalqa səslənişi Ədalət Əsədovun yaddaşına əbədi həkk olunub. Bu səsləniş onu həm kövrəldib, həm də quş kimi qanadlandırıb: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Qubadlı şəhəri! Qubadlı Azərbaycandır!”

Qətiyyətli sərkərdə, böyük vətənsevər rəhbər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun şücaəti sayəsində müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızın Qubadlı şəhərində dalğalanmasından, ucaldılmasından bir il ötür. Bu, tariximizin ən şərəfli günlərindən biridir.

Müzəffər Ali Baş Komandanın ötən il dekabrın 23-də Qubadlıda dediyi “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” - sözlərini xatırlayan Ədalət Əsədov bildirib ki, şərəfli missiyasını uğurla tamamlayan rəşadətli Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi. Qəhrəman Azərbaycan əsgəri həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdi. İndi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycan Ordusunun döyüş taktikası öyrənilir. Bu müharibə dünya üçün də bir yenilik oldu. Əbəs yerə deyil ki, Azərbaycanın apardığı Vətən müharibəsi bir çox hərbi ekspert tərəfindən XXI əsrin müharibəsi adlandırılır.

Rayon ziyalısı Qubadlının coğrafiyası barədə məlumat verərək qeyd edib ki, tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Qarabağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Ancaq Qarabağ xanı Pənahəli xanın uzaqgörən, müdrik siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz hissəsi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921-ci ildə daşnak-bolşevik ittifaqının nəticəsi olaraq, imperiya mahalı iki yerə böldü. Qubadlı, Laçın və Zəngilan Azərbaycanın inzibati ərazisində qaldı.

Qubadlı rayonu 1930-cu ildə təşkil olunub. Rayon şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanın Qafan və Gorus rayonları ilə həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri rayonunun bolsulu çaylarıdır. Rayonun səthi, əsasən, dağlıqdır. Bölgədə əsasən, qəhvəyi dağ - meşə torpaqları yayılıb. Meşələrində fıstıq, palıd, vələs, göyrüş bitirdi. Meşənin sahəsi 13.2 min hektar idi. Faunası və florası çox zəngin idi.

Ədalət Əsədov vurğulayıb ki, ərazisi 802 kvadratkilometr olan rayonda işğala qədər 30 minə yaxın əhali yaşayırdı. Qubadlı Azərbaycana böyük oğullar bəxş edib. Böyük övliya Mir Sədi Ağa, Azərbaycan qaçaq hərəkatının öncülü Qaçaq Nəbi və Həcər, Azərbaycan ədəbiyyatında ilk epopeya müəllifi S.Rəhimov, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Ə.Əmiraslanov, Birinci Qarabağ savaşında imzasını təsdiqləmiş Milli Qəhrəman Ə.Əliyev, ikinci Qarabağ savaşının əfsanəvi komandiri general-mayor M.Bərxudarov, şəhid Milli Qəhrəman, polkovnik Ş.Həmidov və başqaları bu yurdun tanınmış simalarıdır. Bu siyahını artırsaq 4-5 vərəqlik səhifə yaranar.

1993-cü il avqustun 31-də Qubadlı Ermənistan tərəfindən işğal olundu və rayon əhalisi 27 il köçkünlük həyatı yaşadı. Artıq o ağır günlər geridə qalıb. Bu barədə danışan Ədalət Əsədov deyib: “2020-ci il oktyabrın 25-də, yəni 44 günlük Vətən müharibəsinin 29-cu günündə bu ağır yükdən qurtulduq. Ali Baş Komandan və onun əmrini canla-başla yerinə yetirən igid oğullarımızın - əsgər və zabitlərimizin, şirin canlarından keçən şəhidlərimizin, cəsur qazilərimizin hünəri, rəşadəti sayəsində üzümüz güldü, qamətimiz dikəldi. İndi azad Qarabağımızın digər bölgələri kimi, Qubadlıda da abadlıq-quruculuq işləri gedir. İndi Bərgüşad, Həkəri çayları daha zümzümə ilə, şaqraq axır. Hərtiz dağı sanki daha da ucalmaq, göylərə baş çəkmək istəyir. Yazı düzü insanları əkib-biçməyə səsləyir”.

Doğrudur, erməni vandalları rayonun bütün kəndlərini, tarixi binalarını, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Rayon ziyalısı bildirib ki, Zəfər tariximizin memarı, Qarabağımızın xilaskarı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı əvvəlkindən daha gözəl olacaq. Bunu həm dövlət başçımızın, həm birinci xanımın Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda başlatdığı quruculuq, abadlıq işləri deməyə əsas verir.

Qubadlı torpağının yetirməsi olan şair Q.Qasımzadənin,

Sizdən ayrılanda dağlar cavandım,

İndi hüzuruna qoca gəlmişəm.

Qayğılar üstümə düşdü, talandım,

Üzümə üz tutub borca gəlmişəm, - misralarını xatırlayan Ədalət Əsədov deyib: “Otuz dörd yaşında Qubadlını məcburən tərk etdim. İndi 63 yaşım var. Mən Qubadlıya borc üçün yox, qurub-yaratmağa, yeni nəsil tərbiyə etməyə gedəcəyəm. Buna görə də göydə Allaha, yerdə Prezident İlham Əliyevə çox minnətdaram, borcluyam. Var olun, cənab Prezident! Tanrı Sizi qorusun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb