İQTİSADİYYAT
“Qusar” Elektrik Şəbəkəsi Müəssisəsində görülmüş məqsədyönlü tədbirlər öz bəhrəsini verir
Bakı, 10 noyabr (AZƏRTAC). “Qusar” Elektrik Şəbəkəsi Müəssisənin xidməti ərazisində payız-qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilmişdir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müəssisənin 10 və 6 kilovoltluq hava elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılmış, 24 kilometrə yaxın istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Eyni zamanda, 30-dan artıq dayaq dəyişdirilmiş və 40-dan çox yeni dayaq quraşdırılmışdır. Bununla yanaşı, 0,4 kilovoltluq paylayıcı şəbəkələrdə elektrik xətlərinin yenidən qurulması, həmçinin itkilərin azaldılması məqsədilə 9,4 kilometrdən artıq SİP kabel xətti çəkilmişdir.
Cari ilin 9 ayında 245 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 323,6 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 19,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:33]
Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb
- 02.07.2024 [15:17]
Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO
- 02.07.2024 [15:07]
Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib
- 02.07.2024 [15:02]
Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb
- 02.07.2024 [14:46]
® ABB “AKA Bank”la müqavilə imzalayıb
- 02.07.2024 [14:33]