Qusarda narkotik satan şəxslər saxlanılıb
Qusar, 18 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini Ramiddin Vəlibəyovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı 60 qram qurudulmuş marixuana aşkar edilib.
Dindirilmə zamanı R.Vəlibəyov narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etdiyini və bir hissəsini 200 manata satdığını bildirib.
RPŞ-nin keçirdiyi digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Əliyev narkotik vasitə satan zaman yaxalanıb. Həmin şəxs rayon ərazisində 2 bükümdə olan qurudulmuş marixuananı 20 manata satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]