QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Keşlə, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkaların məqsədi paytaxt əhalisinin bu məhsullara tələbatını daha dolğun ödəmək və qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaqdır.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada Giləzi broyler fabrikinin işçisi Sabir İbrahimov, Hövsan broyler fabrikindən Zakir Savalanov toyuq ətinin kiloqramını 3 manat 80-4 manat 20 qəpiyə təklif edirdilər. Hacıqabul quşçuluq fabrikindən İlqar Nağdalıyev yumurtanın birini 10-12 qəpiyə satırdı.
Alıcılar quş əti və yumurtanın keyfiyyətli, qiymətlərinin bazardakından ucuz olduğunu bildirir, yarmarkanın təşkilatçılarına minnətdarlıq edirdilər.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, bu gün şəhərin yarmarkalarında satışa 5 ton toyuq əti və 500 minə yaxın yumurta çıxarılmışdır. Satış yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]