Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb
Bakı, 15 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Almaniyada Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa seriyasından mərhələ yarışlarının Berlin turnirində Azərbaycan karateçisi Rafael Ağayev finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, dəfələrlə dünya və Avropa çempionu olan R.Ağayev play-off mərhələsində Rodriqo İbanez (İspaniya), Alton Braun (Yamayka), Ken Nişimura (Yaponiya) və Noa Biçini (Almaniya) məğlub edib. R.Ağayevin sentyabrın 16-da keçiriləcək finalda rəqibi daha bir yaponiyalı idmançı Yusey Sakiyama olacaq.
Milli komandanın digər üzvü Firdovsi Fərzəliyev isə sentyabrın 16-da Qazaxıstan təmsilçisi Kisar Alpisbayla bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Dörd rəqibindən üçünə qalib gələn İlahə Qasımova (55 kq) medalçılar sırasına yaxın olsa da, nəticə uğursuz alınıb.
Bu gün nüfuzlu turnirin ikinci yarış günündə Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (84 kq-dan yuxarı), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizəyə qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]
Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır
- 06.10.2026 [10:21]
Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]