“Regionlardakı gənclər arasında könüllülərin hazırlanması və könüllü hərəkatının təbliği” layihəsi davam edir
Bakı, 11 may (AZƏRTAC). Bu ilin aprelindən Azərbaycan Gənclər İttifaqı növbəti layihənin icrasına başlamışdır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Regionlardakı gənclər arasında könüllülərin hazırlanması və könüllü hərəkatının təbliği” layihəsi Mingəçevir və Lənkəran şəhərlərini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu şəhərlərin müxtəlif universitet, kollec və məktəblərində təhsil alan tələbələr və yuxarı sinif şagirdləri üçün könüllülərin hazırlanması üzrə kurslara dinləyici seçimi keçirilmişdir.
Formalaşmış qruplarda könüllülük ilə əlaqədar olaraq kurslar keçiriləcəkdir. Kurslar “Könüllülük nədir?”, “Dünya praktikasında könüllülük”, “Nə üçün insanar könüllü olmaq istəyirlər?”, “Könüllülüyün cəmiyyətə töhfəsi”, “Könüllü necə olmaq olar?”, “Könüllülüyün gələcək karyerada uğuru” kimi mözvuları əhatə edəcəkdir. Nəzəri hissədən əlavə, seçilən dinləyicilər üçün təlimlərdən sonra praktiki hissə də nəzərdə tutulmuşdur.
Könüllülər qrupunun əldə etdiyi bilikləri təcrübədə tətbiq etmək üçün kütləvi aksiya da planlaşdırılır. Qruplar “Az danışaq, çox ağac əkək!” devizi altında ağacəkmə aksiyası keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]