“Rəqs” qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Rəqs” qısametrajlı bədii filminin çəkilişlərinə başlayıb.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradov, quruluşçu rejissoru Ceyhun Türksoy, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Zemfira Novruzova, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Ayşad Məmmədov və İlqarə Tosova canlandırır.