Azərbaycan Dövlət İnformasiya Agentliyi

RESPUBLİKA BAŞ PROKURORLUĞUNDA BÖLGƏLƏRDƏ KEÇİRİLMİŞ GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏLƏRİNİN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci yarısında rayon, şəhər prokurorluqları, Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahələrində görülmüş işlərin vəziyyəti, qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirələri keçirilmişdir.

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, müavinlər Rüstəm Usubov və Namiq Əsgərovun sədrliyi, Baş Prokurorluğun idarə və şöbə rəislərinin, tabe şəhər və rayon prokurorluqlarının kollektivlərinin iştirakı ilə respublikanın 7 bölgəsi üzrə Sumqayıt, Şirvan və Mingəçevir şəhərləri, Ağstafa, Şamaxı, Cəlilabad və Ağcabədi rayonlarında, habelə Bakı Şəhər Prokurorluğu orqanları əməkdaşlarının iştirakı ilə keçirilmiş geniş əməliyyat müşavirələrində cari ilin ötən dövrü ərzində qanunçuluğun daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsanların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmişdir. Əməliyyat müşavirələrində “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə, ilk növbədə istintaq, dövlət ittihamının müdafiəsi və vətəndaş müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətinin nəticəsində formalaşan ictimai-siyasi sabitlik ilin birinci yarsında cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizənin səviyyəsinə də müsbət təsirini göstərmiş, mövcud kriminogen durum daha da sabitləşmişdir. Əvvəlki hesabat dövrü ilə müqayisədə qeydə alınmış qəsdən adam öldürmə, adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama, hədə-qorxu ilə tələb etmə cinayətlərinin, yol hərəkəti və nəqliyyatın istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol- nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 10338 cinayətin təxminən 90,4 faizinin açılması təmin edilmişdir.

Qəsdən adam öldürmə kimi şəxsiyyət əleyhinə olan təhlükəli cinayətlərə qarşı mübarizə sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, hesabat dövründə həmin kateqoriyadan olan cinayətlərin sayı 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 hadisə azalmış, qeydə alınmış 73 qəsdən adam öldürmə cinayətinin 65-i və ya 90 faizinin açılması təmin edilmişdir. Həmin dövrdə qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı 4 fakt azalmış və qeydə alınmış 27 belə hadisənin 26-nın və ya 96,2 faizinin açılması təmin edilmişdir. Müsbət haldır ki, daxili işlər orqanları ilə əlaqəli şəkildə həyata keçirilmiş tədbirlər nəticəsində əvvəlki illərdə Bakı şəhərinin Nərimanov rayonunun, Sumqayıt şəhərinin və Tovuz rayonunun ərazilərində törədilməklə uzun müddət bağlı qalan 3 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilmişdir.

Görülmüş müsbət işlərlə yanaşı, əməliyyat müşavirələrində, həmçinin fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması, onların qəbulu ilə əlaqədar işin təşkilindəki çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

Diqqətə çatdırılmışdır ki, görülmüş müsbət işlərlə yanaşı, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən altı ayda ölkə üzrə qeydə alınmış ağır və xüsusilə ağır cinayətlərin 25, az ağır cinayətlərin 9,9, adam oğurluğu cinayətlərinin 2,1 dəfə, oğurluq cinayətlərinin 41, dələduzluq cinayətlərinin 20,1, soyğunçuluq və quldurluq cinayətlərinin müvafiq olaraq 66 və 50, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin 30,3, insan alveri ilə bağlı cinayətlərin 76,8 faiz artmasına dair statistik göstəricilər ciddi müzakirə mövzusu olmalı, bu kateqoriyadan cinayətlərin profilaktikası istiqamətində zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Hesabat dövründə qəsdən adam öldürmə cinayətlərinə qarşı mübarizə sahəsində zəruri tədbirlərin həyata keçirilməsinə baxmayaraq, 8 qəsdən adam öldürmə hadisəsinin, o cümlədən Gəncə və Şirvan şəhərlərində, Bakı şəhərinin Nəsimi rayonunda, Abşeron, Yardımlı, Goranboy, Lənkəran və Qəbələ rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həmin cinayətlərin açılması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin görülməsinə ciddi ehtiyac yaradır.

Diqqətə çatdırılmışdır ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması məqsədi ilə rayon və şəhər prokurorluqları digər hüquq-mühafizə orqanları ilə birlikdə artım meyli müşahidə olunan cinayətlərə qarşı qabaqlayıcı, məqsədyönlü tədbirlərin daha da gücləndirilməsi, cari ildə və ötən illərdən bağlı qalan cinayətlərin açılması üçün aparılan zəruri əməliyyat-axtarış tədbirləri üzərində prokuror nəzarətinin günün tələbləri səviyyəsində həyata keçirilməsi, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olan məlumatların vaxtında qəbulu, qeydə alınması və həlli zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinə dönmədən əməl olunması, cinayətlərin uçotdan gizlədilməsi hallarına qarşı barışmaz mübarizə aparılması, belə qanun pozuntularına yol verən, xüsusilə də əsassız və qanunsuz yoxlamalar aparılmasına cəhd edən işçilər barəsində ən qəti və kəsərli tədbirlərin görülməsi, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyin keyfiyyətinin yüksəldilməsi, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün kəsərli tədbirlərin görülməsi təmin edilməlidir.

Prokurorluq orqanlarının fəaliyyətindəki mənfi təzahürlərə qarşı aparılan prinsipial mübarizə nəticəsində hesabat dövründə müxtəlif pozuntulara və qanunsuzluqlara yol verən 13 prokurorluq əməkdaşının intizam qaydasında cəzalandırılması, o cümlədən 1 əməkdaşın prokurorluq orqanlarından xaric olunması diqqətə çatdırılmaqla, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi bütün tabe prokurorlardan tələb edilmişdir.

İstintaq işinin düzgün təşkili ilə əlaqədar qarşıda duran ən əsas vəzifələr müəyyənləşdirilməklə, aparılan ibtidai araşdırmalar gedişində beynəlxalq sənədlərdə və milli qanunvericiliyimizdə təsbit olunmuş əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının real təmin edilməsi üçün tədbirlərin görülməsinin, bu hüquq və azadlıqlara qəsd edən qanunsuz hərəkətlərin qarşısının vaxtında alınmasının, belə məsələlərdə təqsirkar olan prokurorluq əməkdaşlarının layiq olduğu məsuliyyətə cəlb edilməsinin zəruriliyi vurğulanmışdır. Bildirilmişdir ki, hər bir prokurorluq əməkdaşı vəzifəsindən asılı olmayaraq, birmənalı şəkildə dərk etməlidir ki, onların fəaliyyətinə, ilk növbədə, cinayət təqibi zamanı insan hüquq və azadlıqlarının təminatlarını müəyyən edən qanun normalarına düzgün əməl etmələri əsasında qiymət veriləcəkdir.

İyulun 31-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun sədrliyi ilə Baş Prokurorluğun rəhbər heyətinin iştirakı ilə geniş əməliyyat müşavirəsi keçirilməklə, bölgələr üzrə müşavirələrin nəticələri hərtərəfli müzakirə olunmuş, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan problemlərin həlli sahəsində qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, Baş Prokurorluğun əlaqədar struktur qurumlarına konkret tapşırıqlar verilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO