Respublika müalicəvi Diaqnostika Mərkəzində yanğın təhlükəsizliyi ilə əlaqədar təlim keçirilib
Bakı, 14 mart, AZƏRTAC
Əhalinin sağlamlığı və təhlükəsizliyinin qorunmasına çalışan Respublika müalicəvi Diaqnostika Mərkəzində (RMDM) mütəmadi olaraq təlimlər keçirilir. Növbəti təlim yanğın hadisəsi zamanı pasiyentlərin, o cümlədən işçi heyətinin xilas olunması və yanğının söndürülməsi ilə əlaqədar olub.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, təlimdə baş verə biləcək yanğınlar zamanı işçi heyətinin Yanğından Mühafizə Xidmətinin çağırılma, onların ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin və digər vasitələrin təxliyə olunma və ümumilikdə ekstremal vəziyyətdə işçi heyətinin hərəkət qaydaları izah edilib, əyani olaraq yanğınsöndürmə vasitələrinin istifadə qaydaları nümayiş olunub.