RESPUBLİKANIN ƏN YAXŞI MOTOSİKLETÇİLƏRİ SUMQAYITDA ÖZ USTALIQLARINI GÖSTƏRDİLƏR
AZƏRTAC xəbər verir ki, iyunun 8-də Sumqayıtda 11 idmançının iştirakı ilə motosiklet yürüşü üzrə açıq şəhər çempionatı və Azərbaycan çempionatının birinci mərhələsi keçirilmişdir.
Motosiklet İdmanı Federasiyasının prezidenti Kür Səfərəliyev jurnalistlərlə söhbətdə bildirmişdir ki, yarışların qalibləri Türkiyənin açıq çempionatında iştirak edəcəklər.
Şəhər sakinləri bu maraqlı yarışı böyük həvəslə izləmiş, çətin virajları məharətlə dəf edən idmançıların ustalığına heyranlıqlarını alqışlarla ifadə etmişlər.
Sumqayıtı zəngin idman ənənələri olan şəhər adlandıranlar haqlıdırlar. Xatırladaq ki, Sumqayıt İdman Məktəbinin yetirməsi, SSRİ idman ustası Gennadi İstratov ötən əsrin 80-ci illərində idmanın bu növü üzrə Sovet İttifaqı çempionu olmuşdu.
Komanda birinciliyində sumqayıtlı motosikletçilər qalib gəlmişlər. Şəxsi birincilikdə ilk yerləri mühərrikinin həcmi 125 kubsantimetr olan motosikletdə sumqayıtlı Vaqif Əhmədov, mühərrikinin həcmi 250 kubsantimetr olan motosikletdə isə bakılı Şakir Ağasıyev tutmuşdur.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [12:55]
Elmar Baxşıyev: “Hapoel”lə matçı "Sabah" üçün tarixi oyun adlandırmaq olar
- 25.08.2026 [12:33]
Azərbaycanın cüdo millisi Vətənə iki medalla qayıdıb
- 25.08.2026 [10:39]
Rumıniyalı voleybolçu: Azərbaycan millisi xeyli inkişaf edib
- 25.08.2026 [10:23]
Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır
- 24.08.2026 [20:48]
“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB
- 24.08.2026 [23:30]
İsmayıllıda avtomobil aşıb, sürücü ölüb
- 24.08.2026 [22:45]
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzəpir məscidində olacaq
- 24.08.2026 [21:35]
Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb
- 24.08.2026 [21:31]
Dünya okeanlarında temperatur rekord həddə çatıb
- 24.08.2026 [21:09]
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir
- 24.08.2026 [21:00]
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO
- 24.08.2026 [20:37]
Türkiyədə ənənəvi VIII Türkologiya Yay Məktəbi fəaliyyətə başlayıb
- 24.08.2026 [20:34]
Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb
- 24.08.2026 [20:23]