Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəy sorğuları: cəmiyyətin “lakmus kağızı”

Rəy sorğuları: cəmiyyətin “lakmus kağızı”

Media Təhlil Mərkəzinin keçirdiyi rəy sorğuları həm də ictimaiyyətin maariflənmə və məlumatlılıq səviyyəsinə müsbət təsir göstərməyə hesablanıb

Bakı, 19 avqust, AZƏRTAC

Son 3 ildə dövlət idarəetmə sistemində başlanmış köklü islahatlar ictimai həyatın bütün sahələri üzrə əsaslı müasirləşməni təmin edərək cəmiyyətin bütün zümrələrinin həyat keyfiyyətini yüksəldir. Belə bir şəraitdə sosioloji tədqiqatların genişləndirilməsi, ictimai rəyi öyrənən qeyri-hökumət təyinatlı yeni qurumların, rəy sorğusu mərkəzlərinin fəaliyyəti də xüsusi aktuallıq kəsb edir.

AZƏRTAC xəbər verir ki, ictimai rəyin öyrənilməsi müasir dünyada hakimiyyət-cəmiyyət münasibətlərinin real indikatoru, “lakmus kağızı”dır. Beynəlxalq miqyaslı “Gallup İnternational", “Avropa Qonşuluğu Barometri” layihəsi, İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzi və s. kimi beyin mərkəzlərinin mövcudluğu, onların sosioloji sorğu və araşdırmaları müxtəlif ölkələrdə əhalinin gözlənti və istəklərinin, habelə cəmiyyəti narahat edən qayğı və məsələlərin aşkara çıxarılmasında vacib amillərdən biridir. Rəy sorğuları dövlət idarəçiliyində səmərəliliyin yüksəldilməsi, islahatlar prosesinin geniş əhali kütlələrinə mümkün təsirlərinin öyrənilməsi ilə yanaşı, insanların hadisə və proseslərə münasibətinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir.

Müasir dövrdə rəy sorğuları, obrazlı desək, “nəbz yoxlanışı” olub, ictimai rəyə pozitiv anlamda təsir göstərməyin vacibliyi ilə şərtlənir. Klassik kommunikasiya vasitələrindən əlavə, son 10 ildə sosial şəbəkələrin, habelə yeni texnoloji ünsiyyət və mesajlaşma sistemlərinin təşəkkülü şəraitində ictimai rəyə neqativ təsirlərin neytrallaşdırılmasını və bu məqsədlə vətəndaşların arzu və istəklərinin, sosial-siyasi, iqtisadi hadisələrə baxış bucağının öyrənilməsi zəruridir.

2014-cü il iyunun 1-dən qüvvədə olan “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində ictimai rəyin nəzərə alınmasını nəzərdə tutur. Bütün bunların fonunda Azərbaycanda peşəkar səviyyədə rəy sorğularının keçirilməsi üçün zəruri intellektual potensiala, təşkilati-texniki imkanlara malik qurumların olması mühüm aktuallıq kəsb edən məsələlərdən biridir. Peşəkar səviyyədə rəy sorğuları keçirən ixtisaslaşmış ictimai mərkəzlərin mövcudluğu dövlət qurumları və biznes strukturlarının fəaliyyətinin səmərəlilik əmsalının adekvat qiymətləndirilməsinə, onların piar və marketinq siyasətinin səmərəli təşkilinə imkan yaradır.

İctimai təşkilat kimi bu missiyanı bir ildən artıq müddətdə üzərinə götürən MTM (Media Təhlil Mərkəzi) maksimum obyektiv, açıq sorğular keçirməyə, insanların hadisə və proseslərə münasibətinin real mənzərəsini yaradan təhlil və ümumiləşdirmələr aparmağa çalışır. Bu cür sorğuların keçirilməsində məqsəd, ilk növbədə, dövlətlə cəmiyyət arasında mənəvi-siyasi bağları gücləndirmək, insanların məsələlərə yanaşması, problemlərin həlli yolları ilə bağlı rəy və təkliflərini ümumiləşdirmək, nöqsan və çatışmazlıqları müəyyən etmək, zəruri tədbirləri müvafiq hökumət qurumlarının diqqətinə çatdırmaq, onlara yeni yanaşma və kreativ təklifləri dəyərləndirmək imkanlarını genişləndirməkdir. Şübhəsiz ki, insanları qayğılandıran məsələlərin konyunkturadan uzaq şəkildə mərkəzi və yerli icra hakimiyyəti strukturlarının, eləcə də əhaliyə xidmət qurumlarının diqqətinə çatdırılması ümumən hökumətin fəaliyyətində ictimai rəyə həssas münasibəti və səmərəliliyi təmin edir. Rəy sorğuları əsasında obyektiv və subyektiv amillərlə bağlı çatışmazlıqların aşkarlanması, aradan qaldırması bəzi qərəzli dairələrin onlayn media və sosial şəbəkələr üzərindən ictimai rəyə qərəzli təsir cəhdlərini neytrallaşdırır.

MTM (Media Təhlil Mərkəzi) özünün rəsmi “www.mtm.az” saytı və Mərkəzin rəsmi “Facebook” səhifəsi vasitəsilə ictimaiyyətə təqdim etdiyi rəy sorğuları əsasən siyasi, iqtisadi, sosial və humanitar sahələri əhatə edir. Mərkəz sorğuları onlayn platformada insanların diqqətinə çatdırmaqla həm aşkarlıq, açıqlıq və obyektivlik prinsiplərini qoruyur, həm də yeni media alətləri üzərindən cəmiyyətin daha informasiyalı, intellektual və fəal kəsiminin müxtəlif aktual mövzulara münasibətinin öyrənilməsində müəyyən vasitəçi missiya yerinə yetirir. Mərkəzin hansısa dövlət qurumu və biznes strukturundan asılı olmaması onun keçirdiyi sorğuların dürüstlüyünə və şəffaflığına, eləcə də cəmiyyətdəki proseslərin adekvat dəyərləndirilməsinə imkan yaradır. MTM-in xətti ilə keçirilən sorğuların nəticələrinin ictimai rəyə mümkün təsirləri də nəzərə alınır.

2020-ci ilin aprel ayında fəaliyyətə başlamış Media Təhlil Mərkəzinin hazırda bəşəriyyət üçün ciddi kabusa çevrilmiş koronavirusla mübarizə mövzusunu xüsusi diqqətdə saxlaması, pandemiyanın cəmiyyətə təsirlərini öyrənməyə xidmət edən sorğular keçirməsi də təsadüfi deyil. Bu sorğuların nəticələri əhalisinin müəyyən qruplarının yeni növ koronavirusla bağlı bilgi və maariflənmə səviyyəsinə müsbət təsir göstərir, cəmiyyətə qlobal təhlükədən qorunmağın vacibliyi ilə bağlı ciddi mesajlar ötürür. Mərkəz bu sorğuların nəticələrini elan etməklə, insanların kütləvi vaksinasiya proqramına münasibətini, əhalinin bu sahədə məlumatlılıq səviyyəsini də öyrənməyə çalışır.

Hazırda ictimaiyyətin peyvənd kimi qlobal əhəmiyyətli, vacib aksiyaya yanaşmasının sosioloji rəy sorğuları vasitəsilə müəyyənləşdirilməsi mühüm aktuallıq kəsb edir. Bu sorğuların nəticələri cəmiyyətdə vaksinin əhəmiyyətinə inamın gücləndirilməsi, maarifləndirmə-təbliğat, təşviqat işinin düzgün təşkili, peyvəndlərə müəyyən əsassız və şübhəli yanaşmaların aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Etiraf etmək lazımdır ki, son aylarda mütəxəssis rəylərinə, elmi-təcrübi sınaqlara əsaslanmayan, insanlarda çaşqınlıq və tərəddüd yaradan bu yanlış fikirlər sosial şəbəkələrin azərbaycanlı seqmenti tərəfindən də tirajlanır və vaksin əleyhinə arzuolunmaz kampaniya aparılır. Bəzən intellektual səviyyəsi yüksək olan insanlar belə əsassız informasiyaların mənfi təsiri altına düşürlər. Bu baxımdan obyektiv reallığı əks etdirən rəy sorğuları cəmiyyətə neqativ yüklü mesaj və informasiyaların verilməsi cəhdlərinin qarşısı almaqda mühüm rol oynayır.

MTM-in 2021-ci ilin yanvar və avqust aylarında keçirdiyi “COVID-19” virusu və vaksinasiya” mövzusunda sorğunun müqayisəli nəticələrinə əsasən, pandemiyanın 2022-ci il də davam edəcəyini düşünən vətəndaşların sayı 14 faizədək artıb. Nəticələr eyni zamanda göstərib ki, sorğu iştirakçılarının 52,8 faizinin dost-tanışı, 35,4 faizinin ailə üzvü, 8 faizinin isə özü peyvənd olunub.

Digər mühüm sorğu mövzusu cəmiyyətdə mütaliə mədəniyyətinin səviyyəsini müəyyənləşdirməyə və onu yüksəltməyə xidmət edib. Mərkəzin “Ən çox hansı kitabları oxuyursuz? sualına cavab olaraq respondentlərin 43 faizi detektiv romanlara üstünlük verdiyini, 31 faizi isə elmi ədəbiyyatları mütaliə etdiklərini bildirib. Hazırkı informasiya bolluğu və sürət əsrində sorğu iştirakçılarının 31 faizinin elmi ədəbiyyatı oxuması ilə bağlı nəticələri, müəyyən mənada, qənaətbəxş hesab etmək mümkündür.

Mərkəzin keçirdiyi sorğular fəaliyyətini “vətəndaş məmnunluğu” prizmasından dəyərləndirmək və ya qurmaq üçün biznes qurumlarına, sahibkarlıq subyektlərinə də yaxşı fürsətlər yaradır. Bu sorğular vasitəsilə həmin qurumların vətəndaşlara nə dərəcədə keyfiyyətli xidmət göstərməsi aydınlaşır, müsbət və ya qüsurlu məqamlar aşkara çıxarılır. Məsələn, MTM-in keçirdiyi bir sorğunun nəticələri göstərir ki, pandemiya dövründə vətəndaşların onlayn çatdırılma və sifariş xidmətlərinə müraciətləri kəskin artıb. Sorğuda iştirak edən 500 respondentin 52 faizini qadınlar, 48 faizini kişilər təşkil edib. Nəticələr isə göstərib ki, respondentlərin 55,2 faizi pandemiya dövründə çatdırılma xidmətlərinin fəaliyyətindən razı olsalar da, 35,8 faizi sifarişlərin vəd edilən vaxtda çatdırılmamasından, 9 faizi isə normal şəkildə təqdim olunmamasından gileylənib.

Ümumilikdə, MTM-in rəy sorğuları iri şirkətlərə, eləcə də mikro və orta sahibkarlıq subyektlərinə daxili bazarı və tələbatı öyrənmək, buna uyğun səmərəli marketinq siyasəti yürütmək baxımından da faydalıdır.

İqtisadi mövzuda digər bir sorğu üzrə aparılan ümumiləşdirmələr göstərir ki, insanların pandemiya dövründə onlayn alış-verişə üstünlük verməsi debet və kredit kartlarına olan marağı daha artırıb. Respondentlərin 61,2 faizi alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük verib. Ticarət və xidmət sektorunda nadir hallarda kartdan istifadə etdiyini deyən sorğu iştirakçılarının faiz nisbəti 22,7 təşkil edib. 16,1 faiz respondent isə alış-veriş zamanı kartdan istifadə etmədiyini vurğulayıb.

Rəy sorğularının müəyyən qismi bəzən cəmiyyətin ümumi maraqları ilə bağlı həssas mövzuları özündə ehtiva edir. Məsələn, Mərkəzin “Azad edilən torpaqlarımızın iqtisadi inkişafini necə görürsünüz?” mövzusunda sorğusunda iştirak edən respondentlərin 30,8 faizi hesab edir ki, işgüzar fəallığı artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə zavod və fabriklər açılmalıdır. Xüsusi iqtisadi zonanın yaradılmalı olduğunu qeyd edənlər sorğu iştirakçılarının 25,1, aqroparkların və fermer təsərrüfatlarının yaradılmalı olduğunu deyənlər 24,4, xarici investisiyaların cəlb olunmasını zəruri sayanlar isə 19,7 faizini təşkil edib. Respondentlərin 55,4 faizi bu fikirdədir ki, azad edilmiş ərazilərdə turizm və xidmət sahəsinə diqqətin ayrılması iqtisadi cəhətdən daha əlverişlidir. Kənd təsərrüfatının inkişafını daha zəruri hesab edənlər ümumi respondentlərin 33,1-ni təşkil edib.

Ümumilikdə, “Facebook” sosial şəbəkəsi üzrə aparılan araşdırmalar göstərir ki, MTM-in rəy sorğularının nəticələri insanların diqqətini getdikcə daha çox cəlb edir, onların maariflənməsində müəyyən rol oynayır. Bəzən və digər sorğuların nəticələri bəzən hadisə və proseslərə tərəddüdlü münasibət bəsləyən insanların daha düzgün seçim etməsinə, qərar qəbuletmə imkanlarına da müsbət təsirini göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb