Ridli Skot “Qladiator” filminin davamını çəkməyə hazırlaşır
Bakı, 2 noyabr, AZƏRTAC
Britaniyalı rejissor Ridli Skot məşhur “Qladiator” filminin ikinci hissəsini çəkməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “The Hollywood Reporter” saytının yaydığı məlumata görə, layihədə filmin ilk hissəsinin əsas qəhrəmanı olan general Maksimusu canlandıran Rassel Krou iştirak etməyəcək.
Film üzərində işlər ilkin mərhələdədir. “Paramount Pictures” studiyasının çəkəcəyi ekran əsərinin ssenarisini çox güman ki, “Ac oyunlar” trilogiyasının iki filmi üzərində işləri ilə tanınan Piter Kreyq yazacaq.
“Qladiator” filminin davamında hadisələr ilk hissədə Maksimusun xilas etdiyi oğlanın ətrafında cərəyan edəcək.
2000-ci il mayın 1-də ekrana çıxan populyar tarixi film “İlin ən yaxşı filmi” və “Ən yaxşı kişi rolu” nominasiyası da daxil olmaqla, beş “Oskar” mükafatına layiq görülüb. Həmçinin dünya prokatında 457 milyon dollardan çox pul toplayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [19:29]
İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq
- 28.05.2026 [19:15]
Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir
- 28.05.2026 [18:55]
“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər
- 28.05.2026 [17:02]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub
- 28.05.2026 [16:53]
BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub
- 28.05.2026 [16:49]
Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb
"Qəbələ" Premyer Liqada qalıb
- [20:50]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]