“Ritual mobil teatr laboratoriyası” Masallıda
Masallı, 9 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qadın Resurs Mərkəzində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), BMT-nin İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə həyata keçirdiyi “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində “Ritual mobil teatr laboratoriyası”nın sosial teatrı fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 21 gəncin iştirak etdiyi beşgünlük tədbirin məqsədi gəncləri gender mövzusunda maarifləndirmək və gender əsaslı zorakılıqla birgə mübarizədə həm oğlanların, həm də qızların rolunun önəmini aşılamaqdır.
Tədbirin sonuncu günü gənclərin iştirakı ilə tamaşalar nümayiş olunacaq.