Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyanın “Ultima ora” qəzetində Azərbaycanın bu ölkədəki səfirinin növbəti müsahibəsi dərc edilib

Buxarest, 1 iyun, AZƏRTAC

Rumıniyanın geniş oxucu kütləsinə malik “Ultima ora” (Son saat) qəzeti Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovdan müsahibə alıb. AZƏRTAC xəbər verir ki, müsahibədə səfir 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın iddialarına dair “Azərbaycan tərəfindən döyüşə cəlb olunmuş terrorçu və muzdlu hərbçilər”lə bağlı sualı şərh edərkən bildirib ki, Ermənistan tərəfi hərbi və insanlıq əleyhinə açıq şəkildə törətdiyi cinayətləri və qanunsuz əməllərini ört-basdır etmək, bununla da beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə ölkəmizi bu tipli ittihamlarla günahlandırır və bu məqsədlə kütləvi şəkildə saxta xəbərlər yaymaqla qarayaxma kampaniyası aparır. Azərbaycan tərəfi bütün bu ittihamları qətiyyətlə rədd edir və dəfələrlə erməni təbliğat maşınından təsirlənmiş tərəfləri öz iddialarını dəstəkləyən dəlillər təqdim etməyə çağırıb, hansı ki, təəccüblü deyil ki, indiyə qədər bu əsassız iddiaları dəstəkləyən heç bir dəlil təqdim edilməyib. H.Nəcəfov, eyni zamanda, Ermənistan tərəfindən muzdlu döyüşçülərin və terrorçuların iştirakına dair Azərbaycan tərəfində kifayət qədər dəlillərin olduğunu, bu dəlillərin aidiyyəti üzrə təqdim edildiyini və Ermənistan tərəfinin bu istiqamətdə qanunsuz əməllərinin ifşa olunduğunu qeyd edib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfindən humanitar sahədə atılmış addımlardan bəhs edən H.Nəcəfov ölkəmizin hər zaman beynəlxalq humanitar hüquqa və insanlıq prinsiplərinə uyğun olaraq öhdəliklərinə əməl etməyə sadiq olduğunu bildirib. Bu xüsusda üçtərəfli Bəyanatın və BHH-un müvafiq müddəalarına uyğun olaraq, Azərbaycanın münaqişə zamanı əsir götürülmüş erməni hərbçilərinin və digər məhbusların hüquqlarının təmin edilməsi ilə bağlı öhdəliklərinin ardıcıl olaraq yerinə yetirildiyi, erməni əsirləri haqqında məlumatların Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlı kontingentinə mütəmadi olaraq verildiyi, Azərbaycanda saxlandıqları müddətdə erməni hərbçilərə lazımi tibbi yardım göstərildiyi və digər hüquqların təmin edildiyi vurğulanıb, Azərbaycan tərəfindən döyüş əməliyyatları zamanı tutulan bütün şəxslərin geri qaytarıldığı qeyd edilib. Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqdan, o cümlədən hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsini təmin edən 8-ci bənd daxil olmaqla üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilmədiyi diqqətə çatdırılıb.

Həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılan 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupuna dair məsələyə toxunan diplomat, qrupun üzvlərinin 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün, bu şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmədiyini və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunduqlarını bildirib. H.Nəcəfov qeyd edib ki, Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli Bəyanatın kobud şəkildə pozulması ilə yanaşı, açıq-aşkar surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davamını nümayiş etdirir.

Müharibənin regiondakı mədəni irsə təsiri ilə bağlı sualı cavablandıran səfir, Ermənistanın həm 30 ildir işğal etdiyi ərazilərdə, həm də Ermənistanda Azərbaycanın mədəni irsini məhv etmək, qırmaq və mənimsəmək üçün sistemli siyasət yürütdüyünü qeyd edib. O vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə abidələr dağıdılmaqla, memarlıq xüsusiyyətləri dəyişdirilməklə və "arxeoloji" qazıntılar aparılmaqla ölkəmizə məxsus bütün mədəni irs saxtalaşdırılıb. Məscidlər və digər dini yerlər, qəbiristanlıqlar, arxeoloji sahələr, eləcə də muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri tamamilə məhv edilib, Ermənistanın sistematik vandalizm aktları Azərbaycanın mədəni irsinə ciddi ziyan vurub. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdəki mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələr bərpa edilərək lazımi qaydada qorunub saxlanılacaq və istifadəyə veriləcəkdir.

Erməni mənşəli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və insan haqlarından istifadə etmələrinə dair əsassız şübhələr ilə bağlı suala şərh verən səfir, Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətə Azərbaycanın tarixi Qarabağ bölgəsində yaşayan ermənilərin mövcud təhlükə ilə üzləşdikləri və bu şəkildə Azərbaycanda yaşaya bilməyəcəkləri barədə yalnış fikir formalaşdırmağa çalışdığını diqqətə çatdırıb. Ermənistanın Azərbaycan ərazisində yaşayan etnik ermənilərin təhlükəsizliyi və rifahı ilə bağlı yalan iddialarının, Azərbaycanın etnik və dini qrupların əsrlər boyu harmoniya və qarşılıqlı hörmət mühitində yan-yana yaşadıqları çox millətli və çox konfessiyalı bir ölkə olması qarşısında əsassız olduğu vurğulanıb. Səfir bildirib ki, Azərbaycan, erməni mənşəli vətəndaşlarının bütün hüquq və azadlıqlarını təmin etməyə qərarlı olduğunu ən yüksək səviyyədə qətiyyətli şəkildə bəyan edib.

Son zamanlar Azərbaycan-Ermənistan sərhəddində ikinci tərəfin süni şəkildə yaratdığı gərginlik ilə bağlı fikirlərini bölüşən H.Nəcəfov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi və sərhəd qoruma sisteminin qurulması posesinin həyata keçirildiyini bildirib. Bu xüsusda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozanın Ermənistan olduğu və ölkəmizin yalnız sərhədlərini bərpa etdiyi vurğulanıb. Sərhədlərin müvəffəqiyyətlə demarkasiya və delimitasiyasının sülh və təhlükəsizlik üçün vacib olduğu bildirilib, eyni zamanda, qeyd edilib ki, bu proses ikitərəfli məsələdir və üçüncü ölkələr bu məsələyə müdaxilədən çəkinməlidirlər. Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa qətiyyətlə sadiq olduğunu deyən səfir, Ermənistan tərəfinin qeyri-adekvat reaksiya və təxribat xarakterli açıqlamalar verməsinin təəccüb doğurduğunu nəzərə çatdırıb.

Diplomat öz müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə başlanan yenidənqurma və bərpa işlərindən bəhs edib və bildirib ki, bu istiqamətdə qarşımızda duran ən böyük maneələrdən biri Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrinin təqdim etməməsindən ibarətdir ki, bunun özü də hərbi cinayətdir. Həyata keçirilən layihələr haqqında danışan səfir azad edilmiş ərazilərdəki bütün şəhərlərin baş planlarının hazırlandığını, ilk “ağıllı kənd” pilot layihəsinin Zəngilan rayonunda həyata keçiriləcəyini, Füzuli beynəlxalq hava limanının tikintisinın sürətlə davam etdiyini, həmçinin tezliklə Zəngilan və Laçın rayonlarında da yeni hava limanlarının inşasına başlanacağını diqqətə çatdırıb. Eyni zamanda, nəqliyyat və dəmir yolu infrastrukturu üzrə həyata keçirilən layihələrdən bəhs edərək, yaradılacaq infrastrukturun Zəngəzur dəhlizinə birləşdiriləcəyi qeyd edib.

H.Nəcəfov müsahibənin sonunda bildirib ki, dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla birlikdə sülh müqaviləsi üzərində işləməyə hazırdır. Sülh müqaviləsi hər iki ölkənin ərazi bütövlüyünün qarşılı olaraq tanınmasını şərtləndirir və biz buna hazırıq.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib