Rusiya Federasiyası Hökumətinin Sədri Zati-aliləri cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç,
Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə başlamağınız münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dərin tarixi köklərə malik olan Azərbaycan-Rusiya dostluq və mehriban qonşuluq münasibətləri bu gün məqsədyönlü və hərtərəfli şəkildə inkişaf edərək, keyfiyyətcə yeni xarakter almış, strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.
Əminəm ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir.
Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiyanın tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 may 2012-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]