RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Dövlət bayramı - Rusiya Günü münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Ürəkdən şadam ki, dost Rusiya dövlətçiliyin möhkəmləndirilməsi, demokratik dəyişikliklər aparılması, iqtisadi potensialın modernləşdirilməsi və yüksəldilməsi, sosial tərəqqi yolu ilə inamla və dinamik surətdə irəliləyir. Ölkənizin beynəlxalq aləmdə nüfuzu dönmədən artır.
Əminəm ki, Azərbaycan və Rusiya arasında mövcud olan və hərtərəfli, qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın, konstruktiv dialoqun və qarşılıqlı anlaşmanın sarsılmaz əsasını təşkil edən dostluğun və mehriban qonşuluğun gözəl ənənələri xalqlarımızın mənafelərinə, regionda təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da xidmət edəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyun 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]