RUSİYA İRANLA NÜVƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR
RF Təhlükəsizlik Şurasının katibi İranın nüvə silahı yaratmaq imkanına malik olmasından bir sıra ölkələrin narahatlıq keçirməsi barədə suala cavabında demişdir: “Buna şübhə olsaydı, biz təzyiqlərə baxmayaraq, layihənin həyata keçirilməsinə belə ardıcıllıqla çalışmazdıq”. İ.İvanov vurğulamışdır ki, əgər bəzi ölkələrdə İranın nüvə silahı hazırlaya biləcəyindən şübhələnirlərsə, onda bu şübhə açıqlıq və aşkarlıq hesabına aradan qaldırılmalıdır.
İ.İvanovun fikrincə, İran belə bir məsələni qaldırmaqda haqlıdır ki, “digər ölkələr kimi, onun da yüksək texnologiyalara malik olmaq hüququ var”.