RUSİYA MSK-NIN SƏDRİ ABŞ-IN SEÇKİLƏR SİSTEMİNDƏ BİR SIRA ÇATIŞMAZLIQLAR AŞKAR ETMİŞDİR
Veşnyakov Rusiyanın Vaşinqtondakı səfirliyində mətbuat konfransında demişdir: “ABŞ-da seçkilərin demokratik sistemi əsla şübhə doğurmur. Lakin Amerikada seçkilərin proporsional sistemi tətbiq edilsəydi, demokratiya daha çox olardı. Çünki majoritar sistem üstünlüyü ancaq qalibə verir və o, hər şey alır. Qalanları isə iş başında olmurlar”.
Onun fikrincə, ABŞ-da, respublikaçılar və demokratlar partiyaları istisna olmaqla, digər partiyaların namizədlərinə kifayət qədər sərt yanaşılır. Odur ki, siyahılarda iki namizəd – respublikaçı və demokrat olur. “Yaşıllar”dan və ya hər hansı digər partiyalardan namizədlər nadir hallarda irəli sürülür.
Veşnyakovun sözlərinə görə, bu, onunla izah edilir ki, belə namizədlər dəstəklənmək üçün lazımi sayda imzalar toplaya bilmirlər. Topladıqda isə, komissiyalar imzaların nə dərəcədə qanuni olaraq toplandığını bəhanəgirliklə yoxlayırlar.
RF MSK sədri demişdir: “ABŞ-da daha belə bir prinsip var: partiya və ya namizəd seçki kampaniyasına istədiyi qədər, heç bir məhdudiyyət olmadan vəsait sərf edə bilər. Bu da onunla nəticələnir ki, kimin daha çox pul toplamaq imkanı varsa, onun qalib gəlmək imkanı daha böyükdür”.