Rusiya teatrında azərbaycanlı musiqiçilərin iştirakı ilə “İolanta” operası oynanılacaq
Bakı, 24 yanvar, AZƏRTAC
Aprelin 28-29-da Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “İolanta” operası nümayiş olunacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, aprelin 29-də səhnə əsərində İolantanı Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Mavritaniya həkimi İbn Hakia obrazını Əməkdar Artist Elçin Əzizov canlandıracaq. Elçin Əzizov aprelin 28-də də İbn Hakianın partiyasını ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “Qala Verdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.
2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]