Rusiya və Türkiyənin müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər
Bakı, 11 fevral, AZƏRTAC
Türkiyənin müdafiə naziri Hulusi Akar fevralın 11-də Ankarada rusiyalı həmkarı Sergey Şoyqu ilə Suriyadakı vəziyyəti müzakirə edəcək. Səfər türkiyəli nazirin dəvəti ilə həyata keçirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, nazirlər Soçidə keçiriləcək Türkiyə-Rusiya-İran görüşü ərəfəsində Suriyanın İdlib şəhərindəki vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar. Ötən ilin sentyabrında Rusiyanın bu şəhərində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilmiş görüşdə İdlibdə təhlükəsiz zona yaradılması barədə qərar qəbul edilib. Noyabrda isə Suriyanın müxalif silahlı dəstələri bütün ağır silahları bölgədən çıxarıb. Lakin şəhərdə sabitliyə nail olmaq mümkün olmayıb. Belə ki, yanvarda İdlibdə ən azı 30 nəfər həlak olub, 180 adam yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]