RUSİYA VƏTƏNDAŞINDAN 2 KİLOQRAMDANÇOX TİRYƏK TUTULMUŞDUR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları “Samur” postunun piyada keçid məntəqəsində Rusiya vətəndaşı Layla İsrailovada 2 kiloqramdan çox tiryək aşkarlamışlar. Postda Rusiya istiqamətindən gələn “Setra” markalı avtobusa baxış keçirilən zaman sərnişin Bisirsultan Biysultanovdan 8 min 100 ədəd “Oksotetratsiklin Hidroxlorid” dərman preparatı müsadirə olunmuşdur.
Bundan əlavə, Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozunlması ilə Mübarizə Baş İdarəsi və Tovuz Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Rahib Ağayevin idarə etdiyi “KamAZ” markalı yük maşınının gizli saxlanc yerlərindən 1785 litr neft məhsulu aşkarlanmışdır.
Faktlar üzrə təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]