RUSİYADA ƏCNƏBİLƏR ÜÇÜN RUS DİLİ TESTLƏRİ TƏTBİQ EDİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Dmitri Medvedev “RF vətəndaşlığı məsələlərinə baxılması qaydaları barədə Qanuna dəyişikliklər haqqında” Fərman imzalamışdır.
Sənədə əsasən, Rusiya Təhsil və Elm Nazirliyi rus dili üzrə dövlət testlərindən keçmək barədə sertifikatın formasını və onların verilmə qaydalarını müəyyən edəcəkdir. Fərmanda deyilir ki, Rusiya Federasiyası vətəndaşlığının qeydiyyata alınması üçün əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə verilən rus dili testlərindən keçməsi barədə sertifikatlar müasir tələblərə uyğun deyil, çünki qəbul edilmiş dillərə yiyələnmə səviyyəsini əks etdirmir. Bundan əlavə, sertifikat blanklarında müdafiə dərəcələri yox idi, onların hazırlanması, qeydiyyata alınması, uçotu və verilməsinə dair vahid qaydalar da işlənib hazırlanmamışdır.
İndi Rusiya vətəndaşı olmaq və bu ölkənin ərazisində yaşamaq istəyən əcnəbi vətəndaş rus dili testlərindən keçəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]