RUSİYANIN BİRİNCİ PREZİDENTİ BORİS YELTSİN VƏFAT ETMİŞDİR
AZƏRTAC Rusiya Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkənin birinci Prezidenti Boris Yeltsin aprelin 23-də Moskvanın Mərkəzi klinik xəstəxanasında 76 yaşında vəfat etmişdir. RF Prezidentinin işlər müdirinin məlumatına görə, onun vəfatına şiddətlənən xəstəliyi ilə əlaqədar bütün daxili orqanların fəaliyyətinin pozulması səbəb olmuşdur.
Məlum olduğu kimi, 1931-ci il fevralın 1-də doğulan Yeltsinin ürəyi xəstə idi və onda aorto-tac şuntlaması üzrə cərrahiyyə əməliyyatı aparılmışdı.
1991-ci ildə Rusiyanın ilk prezidenti seçilən Boris Yeltsin 1996-cı ildəki seçkilərdə də qalib gəlmişdi. Lakin o, 1999-cu il dekabrın 31-də prezident səlahiyyətlərini öz üzərindən götürmüş və ölkə Konstitusiyasına uyğun olaraq, Baş nazir Vladimir Putinə vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [17:40]
Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb
- 12.05.2026 [17:27]
Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb
- 12.05.2026 [17:24]
Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir
- 12.05.2026 [17:06]
ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb
- 12.05.2026 [16:46]
“Saudi Aramco” ötən rüb xalis mənfəətini 25 faiz artırıb
- 12.05.2026 [16:30]
Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO
- 12.05.2026 [16:26]
Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]