Ryazanın gənc ekoloqları zibillikdə “toy“ fotosessiyası təşkil ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC
Ryazanın ekologiya fəalları yerli məişət və kimyəvi tullantılar poliqonunda “toy” fotosessiyası təşkil ediblər. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, “bəylə gəlin” əleyhqaz geyinərək diqqəti Turlatovo qəsəbəsi yaxınlığındakı qanunsuz zibilliyə cəlb etmək istəyiblər. Məhkəmə hələ 2011-ci ildə bu zibilliyi bağlamaq barədə qərar çıxarıb.
Fotosessiyada yerli sakin Oleq Kabanov və model Vika Menşikova iştirak ediblər. İdeya müəllifi İrina Peçorina deyib: “Toy yeni ailənin yaranması deməkdir. Lakin bizim şəhərimizdə yeni gözəl ailələr ciddi problemlər fonunda yaranır”. Fəalın sözlərinə görə, çoxmənzilli binaların yaxınlığında yerləşən poliqon nəinki xoşagəlməz qoxu mənbəyidir, həm də həyat və sağlamlığa potensial təhlükədir.
Turlatovo zibilliyi Listvyanka çayının yanındakı “Ximvolokno” zavodunun təmizləyici qurğularının yerində yaranıb. Məhkəmənin səkkiz il ərzində onun bağlanması haqqında bir neçə qərar çıxarmasına baxmayaraq, zibillik təmizlənməyib. Avqustun 12-də axşam saatlarında poliqonda yanğın baş verib. Alovu yalnız sentyabrın əvvəlində söndürmək mümkün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:37]
Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq
- 18.06.2026 [13:25]
Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ
- 18.06.2026 [12:35]
Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək
- 17.06.2026 [15:52]
Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur
- 17.06.2026 [12:53]
Abşeron çimərliklərində hava necə olacaq?
- 17.06.2026 [12:31]
Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək
- 17.06.2026 [12:03]
Xəzər dənizində zəlzələ qeydə alınıb
- 17.06.2026 [08:50]
Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]